AZE | RUS | ENG |


Sentyabr ayında 3045 yaşıl kart müqaviləsi bağlanılıb

Sentyabr ayında 3045 yaşıl kart müqaviləsi bağlanılıb
Cari ilin sentyabr ayı ərzində yaşıl kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 3045 yaşıl kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bunlardan 1719 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1235 müqavilə Rusiya, Moldova və Ukraynaya, 91 müqavilə isə yaşıl kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 211,174 manat təşkil edib. Yaşıl kart müqavilələrinin 2445-i minik, 313-ü yük, 267-si qoşqu, 18-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlıdır.

Hazırda yaşıl kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçısı olan 13 sığorta şirkəti fəaliyyət göstərir.

Yaşıl kart beynəlxalq sığorta sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən, yaşıl kart haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda bu sistemə 48 ölkə üzvdür. Azərbaycan 2015-ci il mayın 28-də sistemə üzv ölkə qismində qəbul edilib və 2016-cı ilin yanvarın 1-dən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001