• cümə, 29 Mart, 12:11
  • Baku Bakı 14°C

Sənətçilərimiz ART Futbol dünya çempionatında iştirak edirlər

17.02.17 13:15 1559
Sənətçilərimiz ART Futbol dünya çempionatında iştirak edirlər
İran İslam Respublikasının təkilatçılığı ilə sənətçilər arasında ART Futbol dünya çempionatı keçirilir. Sözügedən çempionatda Azərbaycan sənət adamları da iştirak edir. Hazırda sənətçilərimiz İranın Həmədan şəhərindədirlər.
Əməkdar artist Səlim Abbasovdan aldığımız məlumata görə həmin çempionatda hər komandanın tərkibində sənət adamları və 2- 3 futbol veteranı iştirak edir. Qurupda İsveç, Braziliya, bir də Tailandlılar da iştirak edir.
Azərbaycanı təmsil edən iştirakçılar isə bunlardır: Əməkdar artist Səlim Abbasov, Vüqar Bəxtiyar, Ceyhun Nemətov, Royal Niftullayev, Anar Abbasov, Razi Dərgahov, Manaf Dadaşov, Elnur Quliyev, Siyavuş Mehdiyev, Nurani İsgəndərov, SamirƏliyev, şəhriyar Əlizadə, Zamir Cəfərov və ART futbol Azərbaycan meneceri Afət Quliyeva.

Qeyd edək ki, bizim sənətçilərimiz çempionatın birinci oyununda İsveç komandasını 2-1 hesabı ilə qalib gəliblər.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər