Sənətçilərimiz ART Futbol dünya çempionatında iştirak edirlər
İran
İslam Respublikasının təkilatçılığı ilə
sənətçilər arasında ART Futbol dünya çempionatı keçirilir. Sözügedən
çempionatda Azərbaycan sənət adamları da iştirak edir. Hazırda sənətçilərimiz İranın Həmədan şəhərindədirlər.
Əməkdar
artist Səlim Abbasovdan aldığımız məlumata görə həmin çempionatda hər
komandanın tərkibində sənət adamları və
2- 3 futbol veteranı iştirak edir. Qurupda İsveç, Braziliya, bir də Tailandlılar
da iştirak edir.
Azərbaycanı təmsil edən iştirakçılar isə
bunlardır: Əməkdar artist Səlim Abbasov,
Vüqar Bəxtiyar, Ceyhun Nemətov, Royal Niftullayev, Anar Abbasov, Razi Dərgahov,
Manaf Dadaşov, Elnur Quliyev, Siyavuş Mehdiyev, Nurani İsgəndərov, SamirƏliyev,
şəhriyar Əlizadə, Zamir Cəfərov və ART futbol Azərbaycan meneceri Afət Quliyeva.
Qeyd edək
ki, bizim sənətçilərimiz çempionatın birinci oyununda İsveç komandasını 2-1
hesabı ilə qalib gəliblər.
Xəyalə Rəis