• cümə axşamı, 28 mart, 18:01
  • Baku Bakı 13°C

Sənayedə işləyənlərin orta aylıq əmək haqqı 1000 manata yaxınlaşır

17.06.17 15:15 1197
Sənayedə işləyənlərin orta aylıq əmək haqqı 1000 manata yaxınlaşır
Bu ilin yanvar-aprel aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 192 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, onların 33,7 min nəfəri mədənçıxarma, 99,9 min nəfəri emal, 27,4 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,0 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.
Bu ilin yanvar-aprel aylarında sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3% artaraq 987,3 manata çatıb.
Əmək haqqı mədənçıxarma sənayesində 11,7%, emal sənayesində 6,8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,7% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 0,9% azalıb.
banner

Oxşar Xəbərlər