• cümə axşamı, 25 aprel, 20:45
  • Baku Bakı 21°C

“Senatın Rusiya və İrana qarşı qərarı ABŞ-ın öhdəliklərinə ziddir”

27.06.17 12:23 758
“Senatın Rusiya və İrana qarşı qərarı ABŞ-ın öhdəliklərinə ziddir”
ABŞ Senatında İran və Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin qəbul edilməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir.
Azadinform-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran parlamentinin spikeri Əli Laricani bəyan edib.
"ABŞ-ın birtərəfli qaydada müstəqil dövlətlərə qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüququ, BMT Nizamnaməsini pozur. ABŞ-ın Rusiya və İran şirkətləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir və suveren dövlətlərin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir”, deyə Ə.Laricani bildirib.
Cənubi Koreyanın paytaxtı Seulda, Avrasiya dövlətləri parlament spikerlərinin iclasında iştirak edən Ə.Laricani region ölkələrini əsassız qərarların qarşısını almaq üçün, beynəlxalq hüquqa əməl olunmasını təmin edəcək mexanizm yaratmağa çağırıb.
banner

Oxşar Xəbərlər