“Sən federasiya rəhbəri olacaqsan, mən də...”
2006-cı ildə
"Qızıl top”un qalibi olan Fabio Kannavaro ilə "Real”ınsabiq futbolçusu İker
Kasilyas "instaqram”ın canlı efirinjdə söhbətləşiblər.
Kaspi.az
xəbər verir ki, Kannavaro gələcəkdə "Real”ı çalışdırmaq istədiyini bildirib. O,
Kasilyası da federasiya rəhbəri kimi görür:
"Sən
İspaniya Futbol Federasiyasına rəhbərlik edəcəksən, mən isə "Real”ı
çalışdıracağam. Ancaq indi Zizunu təbrik etməyə bilmərəm.
O,
paltardəyişmə otağını necə idarə edir, fanatlarla necə ünsiyyət qurur... Onda hər
şey əla alınır.
Mən isə
Çində məşqçi kiimi inkişaf etmək istəyirəm. Əlbəttə, futbolçu karyerama görə məndən
çox şey tələb edirlər. Avropaya
qayıtmağa hazıram, baxaq görək, necə olacaq”.