• cümə axşamı, 25 aprel, 11:04
  • Baku Bakı 14°C

Şəmkirin su təchizatının yenilənməsinə 10,1 milyon manat ayrılıb

06.11.17 18:10 1072
Şəmkirin su təchizatının yenilənməsinə 10,1 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevŞəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 27 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər