• çərşənbə axşamı, 16 aprel, 10:30
  • Baku Bakı 14°C

Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb, Baş Prokurorluq araşdırma aparacaq

17.01.17 16:57 1070
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb, Baş Prokurorluq araşdırma aparacaq
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir rayon Seyfəli kənd tam orta məktəbi ilə bağlı dərc olunmuş məlumatlarla əlaqədar apardığı araşdırma başa çatıb.
Şəmkir rayon Təhsil ŞöbəsindənAPA-ya verilən xəbərə görə, araşdırmanın nəticəsi olaraq, orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.
Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd tam orta məktəbinin laborantı Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktoru Akif Namazovu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında X. Əliyevanın seks videosuna görə işdən uzaqlaşdırıldığını bildirib. Bu hadisə ictimaiyyət arasında ciddi rezonansa səbəb olub.
banner

Oxşar Xəbərlər