AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şəmkirdə kişinin ailə üzvlərini yandırması ilə bağlı cinayət işi başlandı

Şəmkirdə kişinin ailə üzvlərini yandırması ilə bağlı cinayət işi başlandı

Kriminal
08 Aprel 2020, 14:00 305
Şəmkirdə kişinin ailə üzvlərini yandırması ilə bağlı cinayət işi başlanıb.
Trend-in məlumatına görə, fakta görə Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayonu Seyfəli kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu yaşadığı evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qisas məqsədilə özü ilə gətirdiyi benzini oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev və gəlini 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahiddin qızının üzərinə və evin içərisinə tökərək yandırıb.
Hadisə zamanı oğlu Əkbər Vəliyev, gəlini N.Hüseynova, evdə olan arvadı 1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı və 2016-cı il təvəllüdlü nəvəsi Yaqubova Banu Əkbər qızı yanıq xəsarətləri ilə Gəncə şəhər Xəstəxanasına aparılıb, V.Yaqubov hadisə yerindən qaçıb.
V.Yaqubov barəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində o tutularaq istintaqa təhvil verilib.