• cümə, 29 Mart, 14:25
  • Baku Bakı 14°C

Şəmkirdə itkin düşən qız Sumqayıtda tapılıb

10.01.20 15:07 1330
Şəmkirdə itkin düşən qız Sumqayıtda tapılıb
Şəmkirdə itkin düşən şəxs tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X. Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər