• cümə, 29 Mart, 11:18
  • Baku Bakı 5°C

Səməd Seyidov: “Azərbaycanı Avropa Şurası kimi vacib tribunadan məhrum etmək istəyirlər"

20.10.17 12:40 3393
Səməd Seyidov: “Azərbaycanı Avropa Şurası kimi vacib tribunadan məhrum etmək istəyirlər"
"AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq bizim üçün o qədər də asan keçmədi. Bu, yalnız Azərbaycanla bağlı hazırlanan sənədlə bağlı deyildi”.
APA-nın məlumatına görə, bunu AzərbaycanınAvropa ŞurasıParlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəriSəməd SeyidovMilli Məclisin iclasındaAŞPA-nın son sessiyası barədə danışarkən deyib.
S. Seyidov qeyd edib ki, Azərbaycan məsələsi yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olunub: "Bunun haradan qaynaqlandığı, haradan ortaya çıxdığı bizim üçün hələ də sualdır. Bu günAvropa Şurasıdaxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər”.
S. Seyidov bildirib ki, bütün bunlara baxmayaraq, sessiyada Azərbaycan nümayəndə heyəti ölkəni layiqincə təmsil edib: "Bizdən asılı olan hər şeyi layiqincə etdik. Məsələ ondadır ki, sessiyanın bir neçə günü, demək olar, Azərbaycana həsr olunmuşdu. Axı niyə Azərbaycan məsələsi gündəmə gətirilmişdi? Təəssüf ki, Azərbaycana qarşı qəbul olunan qətnamələrin müzakirəsi zamanı əvvəllər iclaslara gəlməyən şəxslər belə bu dəfə toplantıya qatılmışdı.Avropa ŞurasıAzərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər. Avropa Şurasının baş katibi qanunun aliliyini alətə çevirərək, Azərbaycana təzyiq etməyə çalışır. Sağlam qüvvələr belə bu insanların girovuna çevrilib. Səsvermə zamanı bir qrup insan bunların təsirinə düşüb, Azərbaycanın əleyhinə qətnamə qəbul olunub.
Bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səs verməsinə gəldikdə, onu deyim ki, münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar da bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq.
Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır. Biz bunu nəzərə almalıyıq. Bununla belə, nümayəndə heyətiAŞPA-da fəaliyyətini davam etdirəcək".
banner

Oxşar Xəbərlər