• cümə axşamı, 28 mart, 21:06
  • Baku Bakı 13°C

“Seltik”də “satqın” axtarırlar

20.10.20 12:21 685
“Seltik”də “satqın” axtarırlar
"Seltik”in baş məşqçisi Nill Le nnon futbolçularını kəskin tənqid edib.

Kaspi.az xəbər verir ki, "Seltik” əzəli rəqib "Qlazqo Reyncers”ə məğlub olub – 0:2. Baş məşqçi komanda daxilindəki informasiyanın sızdırıldığını bildirib:
"Bilmirəm nə deyim. Bu, anormallıqdır. Klubda kimsə bizi aldadır. Bunun iyrənc olduğunu deməliyəm.

Bu məsələni araşdırmağa çalışacağıq. Sadəcə, biabırçılıqdır. Belə hal bizim işimizi çətinləşdirir. Klubdakı məxfilik barədə hər zaman xəbərdarlıq etmişəm. Ancaq deyəsən, bu xəbərdarlıq kimlərəsə aid deyil”.
banner

Oxşar Xəbərlər