• çərşənbə, 24 Aprel, 23:52
  • Baku Bakı 23°C

Səlim Abbasovun avtomobilinə nə üçün hücum edilib? - Fotolar

30.05.17 15:32 1114
Səlim Abbasovun  avtomobilinə nə üçün hücum edilib? - Fotolar
Ötən gün Bakıda əməkdar artistimiz Səlim Abbasovun avtomobilinin şüşələrinin naməlum şəxs tərəfindən sındırılması xəbərini eşitdik. Məsələnin təfərrüatlarını öyrənmək üçün zərərçəkmiş incəsənət nümayəndəsi ilə əlaqə saxladıq. Aydın oldu ki, Mayın 29-da Səbail rayon Tərlan Əliyarbəyov küçəsində Səlim Abbasova məxsus "BMW” markalı avtomobilin şüşələrinin oğurluq məqsədi ilə sındırılıb. Oğru maşının salonundakı skripkaları götürmək üçün yan şüşəni sındırıb və dərhal musiqi alətlərini götürüb. Bu zaman Səlim Abbasov şəhərdə səs yazma studiyasında çalışırmış. Telefonuna zəng gələn əməkdar artist çölə çıxmalı olub. Telefon zənginə cavab verən skripka ifaçısının diqqəti 20-21 yaşlarında olan iki oğlanın əlində daşıdığı skripkalara sataşıb. Uşaqlar onlara yaxınlaşan ifaçını görərək qaçmağa başlayıblar. Onlar ifaçının yaxınlaşdığını görərək skripkanı yerə ataraq qaçıblar. Skripkanın zədə gördüyünü deyən ifaçı oğruların qaçaraq insanların çox toplaşdığı yerə girib yoxa çıxdığını deyir. Oğruları isə tutmaq mümkün olmayıb. Maşına geri dönən ifaçı maşınının şüşələrinin sındığını görüb.

S.Abbasov bizimlə söhbətində dərhal Səbail rayon Polis İdarəsinə müraciət etdiyini dedi: "Mənə maraqlı odur ki, insanların gur toplaşdığı məkanda necə olur ki, maşınımdan oğurluq edilir, ancaq o ərazidə gəzən polis nümayəndələri onu görmür”.

Mətbuatın dostu kimi tanıdığımız Əməkdar artistin başına gələnlər mətbuatda geniş şəkildə yer aldı. Hər kəsin diqqət kəsildiyi xəbərlərin arasında Səlimin başına gələnləri PR-ın bir növü kimi qiymətləndirənlər də oldu. Ancaq hər həftə uşaqlar evində xeyriyyə tədbirlərində, kimsəsizlər evində konsertlər verən bir insan bu barədə mətbuata danışmağa çəkinirsə və özünü reklam etdirməyə ehtiyac duymursa gözləmədiyi halda başına gələn hadisənin reklam olduğunu demək gülüncdür. Düzdür hər kəsin reklama ehtiyacı var. Ancaq illərdir bu sənətdə külüng çalan, özünə nüfuz, hörmət qazanan Səlim Abbasovun belə reklama ehtiyacı yoxdur.
Xəyalə

banner

Oxşar Xəbərlər