• cümə, 29 Mart, 09:51
  • Baku Bakı 5°C

Səlim Abbasov uşaqların müdafiə günündə kimsəsiz uşaqların yanında olub - Fotolar

02.06.17 15:52 2459
Səlim Abbasov uşaqların müdafiə günündə kimsəsiz uşaqların yanında olub - Fotolar
Əməkdar artist Səlim Abbasovun uşaqlara sevgisi sonsuzdur. Dünən 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günündə demək olar ki, ifaçı gününü məhz uşaqlarla keçirib. Belə ki,dünən bütün gününü uşaqlara həsr etdiyini deyən əməkdar artist az da olsa uşaqların simasında gülüş bəxş etdiyi üçün özünü xoşbəxt hiss etdiyini dedi: "Dünənki günümü uşaqlara həsr etdim. Allah bütün balalarımızı saxlasın. Onlar bizim gələcəyimizdir. Tədbir valideyn himayəsindən məhrum olmuş, Daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara həsr olunmuşdu. Eyni zamanda tədbirdə "Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Qadın və uşaq” sığınacağının sakinləri də iştirak edirdi. Tədbirin əsas məqsədi gələcəyimiz olan uşaqlara diqqət və qayğının göstərilməsi idi. Orada 70-yə yaxın uşaqla birgə vağzalda ekskursiya təşkil olundu və biz də orada iştirak etdik. Daha sonra dayanacaqdakı qatarlarla tanış olan uşaqlar üçün ilk dəfə olaraq qatar həyəcanı yaşandı. Onlar üçün nəzərdə tutulmuş Bakı-Sumqayıt qatarı ilə Xırdalan stansiyasına qədər qısa səyahət təşkil olundu. Tədbir "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Talassemiya Federasiyası, "Leykemiya ilə Mübarizə” İB, "Təmiz Dünya Qadınlara Yardım” İB və "Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu. Azərbaycan Dəmir Yolları nazirliyinin İctimai əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovaya dəvətə görə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edirəm” .
Qeyd edək ki, tədbirdə sənətçilərdən Mirkamil Kamilov, Leyla Ramazanlı, Sirac Ağayev, Rafael və Coşqun, Rəvan Qarayev və Üzeyir Mehdizadəyə iştirak edirdilər.
Əməkdar artist deyir ki, dünən eyni zamanda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin uşaqları ilə də görüş keçirilib və S.Abbasov eyni zamanda bu tədbirdə də iştirak edib: "Bizə bu şəraiti yaratdığı üçün məktəbin direktoru İradə Vəzirovaya təşəkkürümü bildirirəm. Çox şadam ki, o uşaqların az da olsa sevindirə bildim. Eyni zamanda sənətçi dostlarıma də təşəkkürümü bildirirəm. Belə ki, Vüqar Bəxtiyar, meyxanaçı Ataş Novxanı da mənimlə bərabər bu tədbirdə çıxış edirdilər”.






banner

Oxşar Xəbərlər