AZE | RUS | ENG |


Sektor müdiri: “Şarmazanovun saxta tarixi sayıqlamaları erməni xalqını daha da dolaşdırır”

Sektor müdiri: “Şarmazanovun saxta tarixi sayıqlamaları erməni xalqını daha da dolaşdırır”
Məhz Azərbaycan 1918-ci ildə ermənilərə öz dövlətlərini yaratmaq məqsədilə İrəvan xanlığının ərazisini və İrəvan şəhərini hədiyyə edib. Bunu Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun İngiltərənin "Mançester Yunayted” klubunun Azərbaycandan 40 il öncə yaradılmasına dair bəyanatını şərh edərkən bildirib.
"Hansı səbəbdən cənab Şarmazanovun qəflətən futbolun tarixi ilə maraqlanmasını mühakimə etmək istəmirəm. Lakin, Azərbaycanın "Qarabağ” futbol klubunun iştirakı ilə Avropanın aparıcı komandaları ilə oyunlar barədə söz açaraq, Avropa nəşrlərinin həmçinin Ağdamın Ermənistan tərəfindən işğal olunması barədə məqalələri erməni hakimiyyətini ciddi şəkildə əsəb keçirməyə vadar etməsi mümkündür. Onun ölkəmizin tarixini 1918-ci ildən etibarən hesablama cəhdlərinə gəlincə isə, bu, kədərli olmasaydı, çox gülüncdür. Doğrusunu desək, burada həqiqətən Cənubi Qafqazın tarixinə dair dərin elmi müzakirə aparılsaydı, mən cənab Şarmazanova heç olmasa Brokhauz və Efronun ensiklopedik lüğətini oxumağı, rus coğrafiyaçılarının elmi əsərləri və ya Versal Sülh konfransının sənədləri ilə tanış olmağı məsləhət görərdim. Bəlkə o zaman Ermənistan parlamentinin vitse-spikeriözü üçün aydınlaşdırardı ki, Ermənistan Azərbaycanın İrəvan xanlığı torpaqlarında yaradılıb, çünki orta əsrlərdən bəri ermənilərin yaşadığı torpaqlarda dövlət yaratmaq mümkün olmurdu. Və bu şaraitdə, 1918-ci ildə Azərbaycan ermənilərə nəinki İrəvan xanlığının torpaqlarını, həm də İrəvan şəhərini hədiyyə edib. Həmin şəhər Ermənistan dövlətinin paytaxtı olub”, - F.Axundov vurğulayıb.
"Lakin, əfsuslar olsun ki, nə müzakirənin səviyyəsi, nə də personalar ciddi sübutlara müraciət etməyə imkan vermir. Bu səbəbdən özümüzə sual verək: bu gülünc bəyanat kimə ünvanlanıb? Elm dünyasına? Nəzakətlə deməyə çalışaq, doğrudanmı cənab Şarmazanov ciddi olaraq hesab edir ki, Cənubi Qafqazın tarixini ilk mənbələrdən və sənədlər əsasında deyil, erməni "saxta alimlərinin” qədim ermənilərə aid olduğunu təqdim etmək istədikləri, Azərbaycanın İldegizid sülaləsinin suvand ilə düzəldilmiş sikkələri ilə öyrəniləcək, hətta onun sayıqlama bəyanatları əsasında?”, - sektor müdiri bildirib.
F.Axundov qeyd edib ki, müasir informasiya ilə dolğun dünyada torpaqların tarixi mənsubiyyətinə dair sönük, sübutsuz fikirlər deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər əhəmiyyət kəsb edir.
"Həmçinin, biz XXI əsrdə yaşayırıq, bizim dövrdə isə keçmişdə kimə nə məxsus olmasına dair sönük fikirlər, xüsusilə də tarix mövzusunda sərbəst uydurma deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər və BMT Təhlükəsizlik Şurasının qətnamələri əhəmiyyət kəsb edir ki, Ermənistan onları yerinə yetirməkdən boyun qaçırır. Bu cür "müdrik siyasətin” nəticələri göz qabağındadır. Təcavüzkar siyasəti nəticəsində bugünkü Ermənistan ciddi olaraq təcrid olunub. Həm boru kəmərləri, həm dəmir yolları, həm sərmayələr onu ötür. Qonşularının torpaqlarına iddia edən Azərbaycan deyil. BMT TŞ başda olmaqla bütün dünya birliyi İrəvandan işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarının çıxarılmasını tələb edir”, - F.Axundov bildirib.
"Ancaq Ermənistanın hazırki rəhbərliyinin Qarabağın işğalı cəhdinin Ermənistan üçün faciə ilə bitməsini boynuna almaq istəmədiyinə görə, onlar Şarmazanov, Koçaryan və s. kimi yarıkarikatura personajlarını səhnəyə buraxırlar. Həmin şəxslər səksəninci illərin sonlarının "dəlillərini” reanimasiya etməyə çalışaraq bütün bu saxta tarixi sayıqlamaları lovğalıqla təkrar etməyə və erməni auditoriyasını guya özlərinin son dərəcə qədimliliyi haqqında istinadlar və miflər sayəsində özgə, indiki halda Azərbaycan torpaqlarını "erməniləşdirməyə” mümkün olmasına əmin etməyə hazırdılar. Belə ki, bu boşboğazlıq nikbinlik aşılamaq gərəkən erməni auditoriyasına ünvanlanıb. Bu gün məz Ermənistan vətəndaşları özlərinin gələcəyi barədə düşünməli və nə istədiklərini müəyyən etməlidirlər: uydurmalarını reallıq kimi təqdim etməyə çalışan cənab şarmazanovların siyasi fantastika janrında məşqlərini dinləməyə davam etmək və ya qonşuları ilə sülhə bir addım irəli ataraq ölkələrinin inkişafı üçün imkan əldə etmək. Hələlik qalan əhalini miqrasiya küləyi Ermənistandan "sovurmayıb” və ümumiyyətlə bu ölkənin gələcəyi barədə danışmaq əhəmiyyət kəsb edir”, - F.Axundov vurğulayıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6866
GBP 1 İngilis funt sterlinqi 2.2982
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6436
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0421
CHF 1 İsveçrə frankı 1.7693
USD 1 ABŞ dolları 1.7007