• çərşənbə axşamı, 23 aprel, 14:49
  • Baku Bakı 24°C

Sektor müdiri: “Mehmanxanalarda halal idarəetmə sisteminin tətbiqi yalnız müsəlman turistlərin sayını artırır”

25.04.17 13:05 771
Sektor müdiri: “Mehmanxanalarda halal idarəetmə sisteminin tətbiqi yalnız müsəlman turistlərin sayını artırır”
"Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqi Azərbaycana yalnız müsəlman ölkələrindən gələn turistlərin sayını artırmaqdır.
APA-nin bunu Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov deyib. O bildirib ki, standartlar hazırlanarkən Malayziyanın təcrübəsi nəzərə alınıb. Hətta təklif edilib ki, qadınlar üçün ayrı, kişilər üçün ayrı, ailələr üçünsə ayrı mərtəbələr olsun: "Reallıqları nəzərə alaraq, bunun tam bu formada tətbiqinin tərəfdarı deyilik. Bu, sənaye üçün yeni yüklənmə problemi yarada bilər. Nəzərə almaq lazımdır ki, yerləri məhdud - 70 yeri olan hotellər var. O mərtəbələri bu prinsiplə bölsə, iqtisadi baxımdan səmərəli ola biləcəkmi?! Bunları nəzərə alaraq, standartın olduğu kimi saxlanmasında tərəddüd etdik. Amma belə bir formada daxil etdik ki, 4,5 ulduzlu hotellər könüllü şəkildə edə bilər. Bu standartı yaratmaqla istəmirik ki, turizm sənayesində yeni yüklənmə yaradaq. Bizim hədəfimiz odur ki, sənaye inkişaf etsin".
banner

Oxşar Xəbərlər