• şənbə, 20 Aprel, 13:47
  • Baku Bakı 23°C

Şəkidəki bədbəxt hadisədə xəsarət alanların son durumu

17.07.19 11:08 20271
Şəkidəki bədbəxt hadisədə xəsarət alanların son durumu
Səhiyyə Nazirliyi Şəkidə iyulun 14-də baş verən bədbəxt hadisə zamanı xəsarət alanların son vəziyyəti barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, Şəki Mərkəzi Rayon Xəsdtəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır stabil qiymətləndirilir.
banner

Oxşar Xəbərlər