• çərşənbə axşamı, 19 mart, 11:19
  • Baku Bakı 8°C

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrılıb

23.10.17 18:40 3571
Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevŞəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 17 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər