• çərşənbə axşamı, 23 aprel, 16:21
  • Baku Bakı 24°C

Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında

21.06.17 18:15 2206
Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında
İyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası keçiriləcək.
AZƏRTACUNESCO-nun saytına istinadla xəbər verir ki, Azərbaycandan Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsi Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer alıb.
Xatırladaq ki, ölkəmizin müvafiq təklifini UNESCO-nun Dünya İrsi Komitəsi gözdən keçirmiş və müraciətə düzəlişlər edilmək üçün Azərbaycan tərəfinə qaytarmış, 2016-cı ilin fevralında isə Azərbaycan tərəfi müvafiq düzəlişləri tamamlayaraq təklifi UNESCO-ya təqdim edib.
banner

Oxşar Xəbərlər