• cümə axşamı, 25 aprel, 17:42
  • Baku Bakı 23°C

Şəki Dövlət Dram Teatrı Yeni il bayramı günlərində uşaqları sevindirəcək

22.12.19 20:00 714
Şəki Dövlət Dram Teatrı Yeni il bayramı günlərində uşaqları sevindirəcək
Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə azyaşlı uşaqlar və məktəblilər üçün nağıl-tamaşa hazırlanır. Məqsəd Yeni il günlərində uşaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.
TeatrdanAZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Sevda Nəsirovanın qələmə aldığı "Ayı və Ayka” hekayəsi əsasında səhnələşdirilən tamaşa üzərində məşqlər artıq başa çatmaq üzrədir.
Tamaşanın rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günel Məmmədli, musiqi tərtibatçısı Zeynəb Orucova, rəqslərin quruluşçusu isə Çingiz Novruzəliyevdir. Tamaşada rolları Aydın Əlibalayev, Rəhim Qocayev, Xəyal Salahov, Pərviz İsmayılov, Günay Novruzəliyeva, Türkan Xəlilova, Arzu Mustafayeva və başqaları ifa edəcəklər.
Nağıl-tamaşa meşəyə yolka ağacı kəsməyə gedən Cırtdan və dostlarının başına gələn əhvalatlardan bəhs edir.

banner

Oxşar Xəbərlər