AZE | RUS | ENG |


ŞEİR YAZAN RƏHBƏRLƏR

ŞEİR YAZAN RƏHBƏRLƏR
STALİNİN, SAVİNKOVUN VƏ PURİŞKEVİÇİN POETİK TƏCRÜBƏLƏRİ HAQQINDA

Rəhbərlərin şeirlərinə bugünkü müraciət təkcə dəbin tələbi deyil. Onların poetik təcrübələri (uğurlu və uğursuz) bizə bu adamların daxili aləmini daha yaxşı kəşf etmək, kütlənin düşüncələrində formalaşmış obrazlarını "kulisarxası" görmək imkanı verir. Karl Marks, Fridrix Engels, V.İ.Lenin, B.V.Savinkov, V.M.Purişkeviç, ataman Q.M.Semyonov, A.V.Lunaçarski, İ.V.Stalin, Y.V.Andropov, A.İ.Lukyanov, Benito Mussolini, Adolf Hitler, Mao Tszedun, Xo Şi Min- bu şəxsləri tarixə düşməkləri ilə bərabər daha nə birləşdirir? 
Məsələ bundadır ki, bütün bu tarixi şəxsiyyətlər öz tərcümeyi-halının bu və ya başqa mərhələsində (əsasən gənclikdə) poeziyaya üstünlük vermişlər. Gəlin, bolşevik İ.V.Stalin, eser B.V.Savinkov və monarxiyaçı V.M.Purişkeviçin timsalında üç nəhəng siyasi hərəkatın nümayəndələrinin poetik yaradıcılığı ilə qısaca tanış olaq. Bu şəxsiyyətlərin müqayisə olunmaz xarakterinə və poetik istedadına baxmayaraq qeyd edək ki, onlar tərəfindən yazılan şeirlər müəlliflərin daxili aləmini aydın şəkildə əks etdirir. 
 
Sənin nəğmən yaddır bizə...
 
Məsələn, Vladimir İliç Lenin bircə (!) poetik sətir yazmış – "Şuşada, Sayanın ətəyində..." və poetik təcrübələrini yarımçıq saxlamışdır. 
İosif Vissarionoviç Stalin tərəfindən yazılan şeirlər isə artıq XIX əsrin 90-cı illərində gürcü mətbuatında peyda olmuşdu. Bu şeirlər gürcü ədəbiyyatının klassiki İlya Çavçavadze (1837-1907) tərəfindən yüksək qiymətə layiq görülmüşdür. Onun yardımı ilə Çavçavadze tərəfindən nəşr olunan "İveriya" qəzetində onların məqaləsi yayımlanmışdı. "Arbatın uşaqları"nda A.Rıbakov yazırdı ki, bu şeirlərin süjeti "Qori, ata, Ateniyə gedən yol, atasının dostlarla stol arxasında əyləşərkən söhbətləri" haqqında idi. Lakin bu, belə deyildi-hətta bu cür xırdalıqda da Stalinin şərhçisi yanılırdı. Şeirlər özündə daha dərin lirik mənaları cəmləmişdi. Onlar "parlaq şəfəqlərlə" rəqs edən Aydan, təbiəti vəcdə gətirən gözəllikdən, "şairin göylərə can atan ruhundan", insanları həqiqətə aparan lakin öz istəkləri daxilində rədd etdikləri insan faciəsindən, "qəddar qocalığın rəhm etmədiyi" qoca Ninikdən bəhs edirdi. 
Şeirlər diqqətə layiq görülmüş və məşhurluq qazanmışdır. 1895-ci il 14 iyun tarixində "İveriya" qəzetinin 123-cü sayında dərc olunmuş "Dila" ("Səhər") şeiri gürcü ədəbiyyatı dərsliyi olan "Ana sözü", ("Ana dili") kitabına salınmışdır. Gürcü şairi R.D.Eristaviyə (1824-1901) həsr olunmuş şeir isə 1907-ci ildə nəşr olunmuş gürcü ədəbiyyatı müntəxəbatına daxil edilmişdir. Sonralar Sovet ölkəsinə rəhbərlik etdiyi zamanlar İ.V.Stalin öz poetik həvəsini xatırlamağı sevmir, onun geniş həcmli tərcümeyi-halında isə bu haqda yazmağa izn verilmirdi.
Stalinin şeirləri postquruculuq illərində dəfələrlə müxtəlif nəşriyyatlarda çap olunmuşdu. İ.V.Stalinin bir şeirinə nəzər salaq. Bu şeirin N.M.Rubtsovun "Naməlum adam" şeiri ilə uyğunluğunu dərhal görmək olar: 
 
Kədərlə gedirdi üzü qara tərəf,
Evsiz, ac, xəstə. 
Sonra bir meşə kəndində
Döydü daxmaların qapılarını.
 
 Rubtsovun şeirdəki qəhrəmanının taleyi Stalinin şeirlərinin qəhrəmanının taleyi ilə üst-üstə düşür:
Qar altında ümidsizcə öldü
insanlar isə bunu bildikdə belə 
Deyirdi yenə
-Avara. Yəqin ki, oğrudur. 
 
Qeyd edək ki, İ.V.Stalinin şeirinin müxtəlif variantlarda tərcüməsi yayımlanıb. Məsələn, bu variantlardan birinə "Sabah" qəzetinin 1994-cü il 41-ci sayında rast gəlirik: 
 
Evdən-evə, darvazadan-darvazaya keçib
yad qapıları döyürdü bir-bir.
Əlində palıd ağacından düzəlmiş panduri*,
dodaqlarında məsum mahnılar.
 
Oxuduğu mahnı günəş qədər təmiz idi.
Böyük həqiqət səslənirdi o mahnıda,
nəhəng arzu səslənirdi...
 
Daşa dönmüş ürəkləri də
döyündürə bildi o mahnı.
Çoxlarının
qaranlıqda mürgüləyən ağlını oyatdı...
 
Amma o torpağın adamları
şöhrət əvəzinə
bardaqda zəhərli su verdilər ona.
 
Dedilər: "iç, lənətə gəlmiş,
iç bunu son damlasınadək.
sənin mahnın bizə yaddır
həqiqətinsə gərəksizdi bizə...”
 
*panduri gürcü xalqına mənsub üç simli musiqi aləti
 
Qana bürünmüş qəlb...
 
Məşhur eser-terrorist Boris Viktoroviç Savinkovun şeirlərində davamlı olaraq üç mövzu müzakirə edilir: sevgi, şərab, ölüm. Onun "Şeirlər kitabı" 1931-ci ildə Parisdə işıq üzü gördükdə müəllif artıq həyatda deyildi. 1992-ci ildə bu kitab bütünlüklə B.V.Savinkovun əsərlərindən ibarət Moskvada nəşr olunan "Baş tutmayan hadisə" toplusuna daxil edildi. Savinkovun insanları ölümə göndərərkən və özü ölümlə oynayarkən hiss etdiyi o həzz qəlbindəki vahiməli boşluğa səbəb oldu. Şeirlərdə o, gah Allahdan günahlarının bağışlanması üçün əfv diləyir, gah cazibədar şeytanla söhbətləşir, gah da dəhşət və kədər içərisində təkrarlayırdı: "Qəlbim qanla dolmuşdur..." Şeir sətirlərinin qapalı çevrəsində məcburən eyni ifadə təkrarlanır... "Üstinsanın" individual terrorun psevdoromantikası məzhəkəyə çevrilir:
 
Solğun ləkə boğulur.
Vecimə deyil mənim. 
Mən aktyoram. Mən aldadıcıyam.
Çoxdan hazırdır qəbrim.
Dirilməyə inanmıram. 
 
B.V.Savinkovun müasirlərinin onun şeirlərinin ölümqabağı dərc olunmasına reaksiyası ən azından anlaşılmaz idi. Peşəkar terroristdən tənha qəhrəman düzəldənlər onun poeziyasının tənəzzül etmiş dekadent, "ağlağan" stilinə heyran idilər. Amma hətta "insanı öldürməyin xoşbəxtliyi"nin tərənnüm olunduğu bütün bu dekadent maskaraddan sonra da sanki nə isə gözlənilmədən Rusiya kədərinə qədər dərinləşir. Bu nədir? Şair-terroristin növbəti maskasımı? Bəlkə bu qəlbin dərinliklərindən gələn bağırtıdır?
 
Vətən yoxdu və ətrafda hər şey yalnışdı,
Vətən yoxdu və ətrafda hər şey əhəmiyyətsizdi
Vətən yoxdu və iman da mümkünsüzdü
Vətən yoxdu, söz də yalandı
Vətən yoxdu, sevinc təbəssümsüzdü
Vətən yoxdu, kədərin də adı yoxdu
Vətən yoxdu, həyat da etibarsızdı
Vətən yoxdu , ölüm də saralıb solmaq kimidi...
Vətən yoxdu. Kirimişcə asılıb qıfıl
Və ətrafdakı hər şey gərəksiz və yalan... 
Yenə guruldayır qıfıl...
 
Sona az qalıb...
 
Vladmiir Mitrofanoviç Purişkeviçin şeirləri öz poetik keyfiyyətinə görə əsaslı şəkildə İ.V.Stalinin və B.V.Savinkovun ustalığına güzəştə gedir. 
Bu özünə güvənən monarxist, öz şeirlərində də hər şeydən əvvəl ikonaya etiqad edən siyasi idealları və ya siyasi rəqibləri ifşa etməyə cəhd edir. Bu zaman Purişkeviç bəzən polemikanın kölgəsində qeyri-normativ lüğətdən istifadə edirdi. Onun bəzi sətirləri, bütün bu poetik nahamarlığa baxmayaraq, müntəxəbata çevrilirdi. 1916-cı ildə nazirlikdə II Nikolay tərəfindən yaranmış qarışıqlığı izləyən Purişkeviç "bir saatlıq nazirlər" haqqında yazırdı:
 
Sona lap az qalıbdı. 
Boz duman qalacaq arxada
Oxunan bir Rasputindi
Bir də uzunsaçlı Pitirim.
 
Purişkeviçin şeirləri mütləqiyyət mətbuatında dərc olunurdu, az sayda kitablar çap olunurdu. Nəticədə isə inqilabdan sonra bir çox şeirləri 1924-cü ildə Riqada çap olunan və 1990-cı ildə Moskvada yenidən nəşr olunan "Purişkeviçin gündəliyi” kitabına daxil olmuşdu. 
Bolşeviklər tərəfindən həbs olunduqda Purişkeviç öz poetik təcrübələrinə davam edirdi. V.M.Purişkeviçin həbsxana qeydlərinin nəşri tarix elmləri doktoru İ.S.Rozental tərəfindən 1996-cı ildə "Tarixi arxiv” jurnalında həyata keçmişdir. Monarxist poetik formada həbsxana həyatını təsvir edir:
 
Hörmətli Petropavlovkada 
Dəyişilməzdi qaydalar.
Yenə də dünənki kimi
Həmin günlər , həmin axşamlar.
Səhər səkkizdə kökə yeyib
Yuyunub gəzintiyə get.
Dostlar da əvvəlki tək-
Kədərli çevrəmiz var.
Gözətçi çıxışdadır
Donur soyuqdan (ah hava).
Sığallayır sarı bığlarını
və baxır saatına.
Zarafat deyil indi
Maşın sürmək yollarda.
Gör nə qədər adam var
Azadlığı qeyd edən.
Bugünkü gün Rusiyada
Ədalət istəmə heç...
 
Rus dilindən tərcümə edən: Xatirə Nurgül

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN