• şənbə, 20 Aprel, 05:14
  • Baku Bakı 15°C

Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək

23.10.17 10:00 2343
Şəhriyar Məmmədyarov Veyk-an-Zee şahmat turnirində iştirak edəcək
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun adı Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək şahmat turniri iştirakçılarının ilkin siyahısına daxil edilib.
"Report” xəbər verir ki, turnir 12-28 yanvar tarixlərində təşkil olunacaq.
İştirakçılar arasında həmçinin Rusiya şahmatçıları Sergey Karyakin və Vladimir Kramnik, amerikalı qrossmeysterlər Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), Vişvanatan Anand, Başkaran Adhiban (hər ikisi Hindistan), Aniş Qiri (Niderland), Vey İ və Hou İfan (hər ikisi Çin) və Haveyn Consun (İngiltərə) da adı var.
banner

Oxşar Xəbərlər