• cümə axşamı, 25 aprel, 16:14
  • Baku Bakı 23°C

“Səhnədə keçən ömür” - Fotolar

01.10.16 20:29 1433
“Səhnədə keçən ömür” - Fotolar
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında "Səhnədə keçən ömür” adlı tədbir keçirib.

AZƏRTACxəbər verir ki, kitabxananın direktoru, Rəna Biləndərli tədbirin Xalq Artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr edildiyini söyləyib.

Tədbirdə Xalq Artisti Mərahim Fərzəlibəyov Akademik Milli Dram Teatrında Yaşara fəaliyyətə başladığı ilk illərdən bir qayda olaraq xarakterik rollar tapşırıldığını söyləyib. Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz”dakı Maşallahını, "Lətifə”dəki Məmmədini, "Qətl günü”ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya...”dakı Asim Əliyeviçi, "Hər şey yaxşılığa doğru”, "Nakəs”, "Fransız”, "Yoxlama” filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmət idi.

Bildirilib ki, teatr aktyoru kimi tanınan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, AzTV-də hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.

Vurğulanıb ki, aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir”, "Gülüş axşamı” yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. "Azərbaycanfilm” kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.

Sonda aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.






banner

Oxşar Xəbərlər