• çərşənbə axşamı, 23 aprel, 12:55
  • Baku Bakı 24°C

Səhmdar: "TAP layihəsi Avropanın fundamental dəyərləri əsasında reallaşdırılır"

21.11.17 14:50 1988
Səhmdar: "TAP layihəsi Avropanın fundamental dəyərləri əsasında reallaşdırılır"
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istismara verilməsi İtaliyanın Apuliya bölgəsini "yaşıl iqtisadiyyat"ın inkişafı və atmosferdə karbon qazının miqdarının azaldılması baxımından mərkəzə çevirəcək.
"APA-Economics" İtaliyanın "Reppublica" nəşrinə istinadən xəbər verir ki, bunu TAP konsorsiumunun səhmdarı olan "Snam" şirkətinin baş icraçı direktoru Marko Alvera bildirib.
Onun sözlərinə görə, TAP layihəsi Avropa Birliyinin fundamental dəyərləri əsasında reallaşdırılır: "Bu baxımdan layihənin reallaşdırılması ciddi əhəmiyyət kəsb edir".
Şirkət rəhbəri əlavə edib ki, Azərbaycan qazının Avropaya nəql edilməsi rəqabətin artırılmasına səbəb olacaq ki, nəticədə bu amil tariflərin azalması ilə nəticələnəcək.
"Bununla yanaşı, biz enerji mənbələrimizi diversifikasiyasına nail olacağıq", - deyə o vurğulayıb.
M.Alvera əmindir ki, TAP İtaliyanın təbii qaza olan tələbatının ödənilməsində müstəsna rol oynayacaq: "İstehlakın artdığı bir vaxtda TAP layihəsi İtaliya əhalisi və iqtisadiyyatı, o cümlədən ağır sənayesi üçün olduqca vacibdir".
banner

Oxşar Xəbərlər