• cümə axşamı, 28 mart, 17:44
  • Baku Bakı 16°C

Səhiyyə Nazirliyi Ruhi-Əsəb Dispanserindəki hadisə ilə bağlı məlumatlara münasibət bildirib

11.01.20 15:54 502
Səhiyyə Nazirliyi Ruhi-Əsəb Dispanserindəki hadisə ilə bağlı məlumatlara münasibət bildirib
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.
"Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”.
banner

Oxşar Xəbərlər