• cümə, 29 Mart, 16:47
  • Baku Bakı 14°C

Səhiyyə Nazirliyi: Həkimlər sertifikasiyadan keçmək üçün müəyyən kreditlər toplamalı olacaq

23.06.17 16:45 2391
Səhiyyə Nazirliyi: Həkimlər sertifikasiyadan keçmək üçün müəyyən kreditlər toplamalı olacaq
Azərbaycanda həkimlər sertifikasiyadan keçmək üçün müəyyən kreditlər toplamalı olacaq.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova bildirib ki, bu məsələ nazir Oqtay Şirəliyevin əmri ilə təsdiqlənən "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”da öz əksini tapıb.
T. Əhmədova deyib ki, həkim il ərzində minimal illik 48 kredit, 5 illik sertifikasiya dövründə isə 240 kredit toplamalıdır. Həkim bu krediti toplamadığı halda sertifikasiyaya buraxılmır: "Hər ilin sonunda həkim növbəti il üçün öz peşəkar inkişaf panını hazırlayacaq və müəssisə rəhbəri tərəfindən təsdiqlənəcək. 5 illik sertifikasiya dövründə həkimin hər illik peşəkar inkişaf planı və hesabatı olacaq. Əgər 5 illik sertifikasiyanın ilk 4 ili ərzində həkim 240 və daha çox kredit toplayarsa, sonuncu il 24 kreditin toplanması kifayət edir. Və ya həkim cari ildə 48-dən çox kredit toplayarsa, onun izafi miqdarı ötən, yaxud növbəti ilin çatmayan kreditlərinə əlavə oluna bilər. Lakin keçid dövrünə əsasən hansısa həkimin sertifikasiyası 1 və ya 2 ildən sonra keçirilə bilər. Bu halda həkimin yalnız illik nəzərdə tutulan 48 krediti kifayət edəcək”.
T. Əhmədovanın sözlərinə görə, bu sistemin tətbiqində əsas məqsəd əhaliyə göstərilən tibbi xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsidir. O qeyd edib ki, həkimlərin bilik və bacarıqlarının elm və səhiyyənin sürətli inkişafına uyğun olaraq yüksəldilməsi olduqca vacibdir: "Davamlı tibbi təhsil həkimlərə öz peşəkar inkişaflarını təkmilləşdirməyə, onun qeydiyyatını aparmağa imkan verəcək. Bu sistem həkimlərin peşəkar inkişafı ilə bağlı məsuliyyətini artıracaq. Onların peşə bilik və bacarıqlarının fasiləsiz olaraq artmasına imkan verəcək”.
banner

Oxşar Xəbərlər