• şənbə, 20 Aprel, 09:23
  • Baku Bakı 14°C

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi

30.03.20 13:04 470
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişiklik edilib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, qanunun 2.2-ci maddəsində "7 il" sözləri "8 il" sözləri ilə əvəz edilməsi təklif edilir.
Belə ki, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.
Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.
Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.
banner

Oxşar Xəbərlər