• cümə, 29 Mart, 15:30
  • Baku Bakı 14°C

Səfirlik: Azərbaycan sonsuzadək nəticəsiz danışıqlar apara bilməz

28.09.20 18:45 432
Səfirlik: Azərbaycan sonsuzadək nəticəsiz danışıqlar apara bilməz
2020-ci il sentyabrın 27-də Ermənistan qoşunları müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək müxtəlif istiqamətlərdən Azərbaycanın yaşayış məskənlərini, hərbi mövqelərini atəşə tutub və bu dinc sakinlər və hərbçilər arasında itkilərə səbəb olub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, vəziyyətin kəskinləşməsi ilə əlaqədar bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür:"Danışıqlar formatının dəyişdirilməsi cəhdləri, "Qarabağ Ermənistandır və nöqtə” ifadəsi, Azərbaycan mədəniyyətinin beşiyi, qədim Şuşa şəhərində marionet rejimin rəhbərinin "andiçmə” mərasiminin keçirilməsi, qondarma parlamentin Şuşaya keçirilməsi, işğal olunmuş ərazilərdə hərbi təlimlər, Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi, həmçinin həmin ərazilərin Ermənistan tərəfindən qanunsuz məskunlaşdırılması sülh prosesi çərçivəsində danışıqların pozulmasına gətirib çıxarıb.
Ermənistanın məqsədi ondan ibarətdir ki, istənilən yolla işğal olunmuş ərazilərdə status-kvonu qoruyub saxlasın, eləcə də öz əhalisinin diqqətini ciddi sosial, iqtisadi problemlərdən yayındırsın.
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib ki, Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü qoruyur və açıq şəkildə öz siyasətini yürüdür. Dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ tarixi Azərbayan torpağıdır və bütün dünya bu ərazisini Azərbaycanən ayrılmaz hissəsi kimi qəbul edir.
Təəssüf ki, ərazilərin sülh yolu ilə qaytarılması üzrə çoxillik danışıqlar nəticə vermədi və müvafiq olaraq Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etməyə və təcavüzkarı Azərbaycan torpaqlarının azad olunmasına vadar etməyə məcbur olub. Azərbaycan sonsuzadək nəticəsiz danışıqlar apara, ərazilərinin 20 faizinin işğalı və bir milyondan çox qaçqının olması faktı ilə barışa bilməz.
Səfirlik Azərbaycanın həlak olan hərbçi və dinc sakinlərinin yaxınlarına başsağlığı verir”.
banner

Oxşar Xəbərlər