• çərşənbə axşamı, 16 aprel, 18:24
  • Baku Bakı 18°C

Səfir: "Rumıniyalı investorlar Azərbaycanla əlaqələri genişləndirmək istəyir"

22.05.17 13:40 685
Səfir: "Rumıniyalı investorlar Azərbaycanla əlaqələri genişləndirmək istəyir"
"Hesab edirəm ki, əməkdaşlığımızın ənənəvi sahələri olan enerji və nəqliyyat sahələrindən başqa təhsil, mədəniyyət kimi digər sahələri də inkişaf edirməliyik".
APA-nın məlumatına görə, bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib. O bildirib ki, prioritetləri sırasına iki ölkə arasında insanlararası əlaqələri gücləndirmək də daxildir: "Biz uğurla irəliləyirik. Azərbaycan gənc və dinamik ölkədir. Bu ölkə inkişaf üçün böyük potensiala malikdir. Hesab edirəm ki, bu ölkənin kənd təsərrüfatı və turizm sahəsində böyük potensialı var və turistlər, investorlar tərəfindən kəşf edilməlidir. Rumıniyalı investorlar da Azərbaycanla əlaqələri genişləndirmək istəyir. Azərbaycan regionda böyük və dinamik bazardır, 10 milyonluq istehlakçı var".
Səfir qeyd edib ki, hökumətlərarası komissiyanın iclasının keçirilməsi də onun gündəmindədir: "Sonuncu iclas 2009-cu ildə olub. İclasın keçirilməsi hazırlıq prosesindən asılıdır. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 170 milyon dollar təşkil edib. Bunun böyük hissəsi neft sektorunun payına düşür. Biz həmçinin digər sahələri də inkişaf etdirmək istəyirik".
banner

Oxşar Xəbərlər