• şənbə, 30 Mart, 10:40
  • Baku Bakı 10°C

Səfir: “Qazaxıstanla Azərbaycan strateji tərəfdaşdır”

13.12.17 20:15 3269
Səfir: “Qazaxıstanla Azərbaycan strateji tərəfdaşdır”
"Qazaxıstanla Azərbaycan arasında müstəqilliyin ilk günlərindən dostluq münasibətləri yaranıb və inkişaf edir”.

APA-nın məlumatına görə, bunu QazaxıstanınAzərbaycandakı səfiri Beybit İsabayev ölkəsinin müstəqilliyinin 26 illiyi münasibəti ilə keçirilən qəbulda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Qazaxıstan bu gün artıq strateji tərəfdaşdır: "İki ölkə arasında münasibətlərin böyük gələcəyi var. Münasibətlərimizin əsasında iki ölkənin bir-birinə qarşılıqlı hörməti dayanır. Ölkələrimiz beynəlxalq və regional təşkilatlarda bir sıra məsələlərlə bağlı ortaq mövqe nümayiş etdirir".

Azərbaycanın energetika naziri PərvizŞahbazov isə bildirib ki, son 26 ildə Qazaxıstan regionun aparıcı dövlətlərindən birinə çevrilib: "Dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluğumuz bir sıra sahələrdə, xüsusilə enerji sahəsində güclü inkişaf edir. Azərbaycanla Qazaxıstan Mərkəzi Asiya və Xəzər hövzəsinin regional güc mərkəzlərinə çevrilib. Azərbaycan üçün həlledici məsələlərdə rəsmi Astana ilə rəsmi Bakı hər zaman eyni mövqe nümayiş etdirib. Ölkələrimiz bütün sahələrdə münasibətlərin inkişafı üçün böyük potensiala malikdir".
banner

Oxşar Xəbərlər