• çərşənbə axşamı, 23 aprel, 17:58
  • Baku Bakı 24°C

Səfir: "Qazaxıstan prezidenti Azərbaycanla ticarət dövriyyəsinin ikiqat artırılması üçün tapşırıqlar verib"

26.10.17 13:40 732
Səfir: "Qazaxıstan prezidenti Azərbaycanla ticarət dövriyyəsinin ikiqat artırılması üçün tapşırıqlar verib"
"Bu ilin sonunadək Qazaxıstan və Azərbaycan hökumətlərarası komissiyalarının görüşü olacaq".
APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bugünkü mətbuat konfransında deyib.
O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi azalıb: "Bu da dünyada müşahidə edilən qlobal iqtisadi böhranla əlaqəlidir. Qazaxıstan prezidentiNursultan Nazarbayevdə iki ölkə arasında ticarət dövriyyəsinin 2 dəfədən çox artırılması üçün tapşırıqlar verib. Bu ilin 9 ayı ərzində ticarət dövriyyəsində 12-15% artım müşahidə edilir".
Səfir bildirib ki, hökumətlərarası komissiyanın görüşündə iqtisadi əməkdaşlığın inkişafına dair bütün sahələr üzrə aktual məsələlər müzakirə ediləcək.
banner

Oxşar Xəbərlər