• cümə axşamı, 25 aprel, 09:44
  • Baku Bakı 14°C

Səfir: “Pakistan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıqdan daha yüksəkdir”

14.08.17 14:20 1152
Səfir: “Pakistan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıqdan daha yüksəkdir”
Pakistanın müstəqilliyinin elan olunmasının 70 illiyi münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində bayraqqaldırma mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasimdə Azərbaycanda yaşayan və Pakistandan gələn çoxsaylı pakistanlılar iştirak edib.
Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmad bildirib ki, mərasimə Pakistandan Azərbaycana gəlmiş çoxsaylı turistlər də qatılıb. Onun sözlərinə görə, Azərbaycanla Pakistan arasında insanlararası münasibətlər günbəgün artır: "Bu il bi münasibətlərimizin gümüş ilini qeyd edirik. Diplomatik əlaqələrimizin qurulmasından 25 il ötür. Münasibətlərimiz hər zaman güclü olub və hər keçən gündə daha da güclənir. Bu güclü, qardaş, isti münasibətlərimizin əsasında iki ölkə arasındakı siyasi münasibətlər durur. Münasibətlərimiz bütün sahələrdə inkişaf edir. Münasibətlərimiz strateji tərəfdaşlıqdan daha yüksəkdir. Mən həmçinin Azərbaycana Kəşmir məsələsindəki mövqeyinə görə təşəkkür edirəm. Pakistanın da Dağlıq Qarabağ məsələsində çox prinsipial mövqeyi var. Biz bütün forumlarda Azərbaycanı dəstəkləyirik".
banner

Oxşar Xəbərlər