• cümə, 29 Mart, 10:14
  • Baku Bakı 5°C

Səfir : "FETÖ bütün dünya üçün təhdiddir"

12.07.17 15:27 1017
Səfir : "FETÖ bütün dünya üçün təhdiddir"
"FETÖ terror təşkilatı təkcə Türkiyə üçün deyil, bütün dünya üçün təhdiddir. Ona görə də FETÖ-yə qarşı təkcə Türkiyə yox, bütün dünya mübarizə aparmalıdır”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "TRT World Research Centre” ilə "Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi” (QAFSAM) tərəfindən birgə "15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə” mövzusunda təşkil etdiyi dəyirmi masada çıxış edərkən deyib.

Səfir qeyd edib ki, 15 iyul unudulmayacaq: "Həmin tarixdə Türkiyə Cümhuriyyətinə qarşı xainlik edilib. Türk millətinin hər bir fərdi 15 iyulda ölkə başçısının bir çağırışı ilə küçələrə çıxıb, canlarını xainlərin silahlarına sipər etdi. O gecə 250 nəfər şəhid oldu. Onların xatirəsini əbədi olaraq hörmət və ehtiramla anacağıq”.

Səfir dövlət çevrilişinə cəhd zamanı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünə bildirib.

Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qeyd edib ki, bir il əvvəl qardaş Türkiyədə baş verən dövlət çevrilişi cəhdi yalnız Türkiyənin deyil, Azərbaycan xalqında da böyük təşviş yaradıb. O bildirib ki, Azərbaycan parlamenti həmin vaxt sözügedən hadisə ilə bağlı bəyanatla çıxış edib.

Türkiyə Böyük Millət Məclisinin üzvləri Necdet Ünüvar, Ayşe Kesir Azərbaycanın dəstəyi haqqında danışıb, iki ölkə arasında olan münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, 15 iyul hadisələri ilə bağlı 12 ölkədə tədbir keçiriləcək.
banner

Oxşar Xəbərlər