• cümə, 19 Aprel, 22:55
  • Baku Bakı 24°C

Səfir: "Bu gün İran-Azərbaycan əlaqələri heç vaxt olmadığı qədər yaxın və səmimidir"

28.07.16 18:51 1231
Səfir: "Bu gün İran-Azərbaycan əlaqələri heç vaxt olmadığı qədər yaxın və səmimidir"
"Güman ki, Azərbaycana gələn İran vətəndaşlarına viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək". "APA-Economics" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin IRNA agentliyinə müsahibəsində deyib.

"Artıq uzun illərdir Azərbaycan vətəndaşlarının İrana səfər üçün viza almasına ehtiyac yoxdur. Buna görə də hər il 1 milyondan artıq Azərbaycan vətəndaşı səyahət, ziyarət və müalicə məqsədilə İrana, xüsusilə 4 həmsərhəd vilayətə səfər edir. Gələn iki ay ərzində İran vətəndaşlarının da viza probleminin həll olunacağı gözlənilir. Güman ki, İran vətəndaşlarına viza havalimanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək. Hazırda Azərbaycanın Tehran və Təbrizdəki nümayəndəliklərində İran vətəndaşlarına operativ şəkildə viza verilir. Keçən il 2000-ə yaxın iranlı Azərbaycana səfər etdiyi halda, bu il Novruz bayramı günlərində təxminən 45 min İran vətəndaşı Azərbaycanda olub. İran xəstəxanaları da Azərbaycandan tibbi turizm məqsədilə gələn insanları qəbul edir. Yüksək keyfiyyətli müalicə, aşağı qiymətlər və səfər yolunun qısalığı Azərbaycan vətəndaşlarını İrana gəlməyə həvəsləndirən əsas amillərdir", - deyə səfir qeyd edib.
O, bildirib ki, ölkəsi Azərbaycanla əməkdaşlığın hərtərəfli inkişafı və münasibətlərin möhkəmləndirilməsinə limit qoyulmasına lüzum görmür:
"Nüvə anlaşmasından sonrakı dövrdə bizim prioritetimiz qonşularla əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsidir. İranla Azərbaycan regionda təhlükəsizlik və sabitliyə yanaşmada eyni mövqedən çıxış edir. Biz regionda ikitərəfli və çoxtərəfli əməkdaşlığı zəruri sayırıq və bunun sülh, dostluq və əmin-amanlığın güclənməsinə xidmət edəcəyinə inanırıq".

Səfir qeyd edib ki, əlaqələrin və əməkdaşlığın inkişafı yolunda heç bir maneə yoxdur və demək olar ki, Tehran-Bakı əlaqələri strateji əlaqələr sayılır: "Bu gün ölkələrimiz arasında əlaqələr heç vaxt olmadığı qədər yaxın və səmimidir. Birgə əməkdaşlığı daha da gücləndirmək üçün embarqoların ləğvindən sonrakı şəraitdən yararlanmaq zəruridir. Qeyri-neft məhsullarının ticarət dövriyyəsinin artırılması, Azərbaycan təbii qazının svop yolu ilə mübadiləsinin davam etdirilməsi, Rəşt-Astara dəmir yolu xəttinin inşasının yekunlaşdırılması, Xəzər dənizində neft və qaz sahəsinə qoyulan birgə investisiyaların artırılması və viza rejiminin sadələşdirilməsi ilə turizmin gücləndirilməsi iki ölkənin prioritetləri sırasındadır".
banner

Oxşar Xəbərlər