• cümə, 26 Aprel, 03:01
  • Baku Bakı 16°C

Səfir: "Azərbaycan Yunanıstana böhrandan çıxmağa kömək etməyə hazırdır"

22.02.17 12:40 1041
Səfir: "Azərbaycan Yunanıstana böhrandan çıxmağa kömək etməyə hazırdır"
"Azərbaycanla Gürcüstan enerji sektorunda strateji müttəfiqdir". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.
Diplomat bildirib ki, Azərbaycanın Yunanıstana investisiya marağı yüksəkdir və TAP layihəsinin reallaşdırılması bunun bariz nümunəsidir. "Layihə çərçivəsində yunan şirkətləri ümumi dəyəri 1,2 milyard avro olan tenderin qalibi olublar", - deyə R. Mustafayev qeyd edib.
Yunanıstanın maliyyə böhranı ilə üzləşdiyini deyən səfir qeyd edib ki, bu vəziyyətdən çıxmaq üçün Azərbaycan rəsmi Afinaya yardım etməyə hazırdır.
banner

Oxşar Xəbərlər