• cümə axşamı, 28 mart, 17:19
  • Baku Bakı 16°C

Səfir: Azərbaycan və Latviya müntəzəm birbaşa aviareyslərin açılması imkanını nəzərdən keçirir

22.02.20 11:52 785
Səfir: Azərbaycan və Latviya müntəzəm birbaşa aviareyslərin açılması imkanını nəzərdən keçirir
Azərbaycan və Latviya müntəzəm birbaşa aviareyslərin açılması imkanını nəzərdən keçirir.
Bunu Trend-ə Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs deyib.
O bildirib ki, 2019-cu ildə iki ölkə arasında sərnişin axınının 12 faizlik artımı qeydə alınıb:
"Ötən yay mövsümü ərzində "AirBaltic” flaqman aviaşirkəti Riqa ilə Bakı arasında birbaşa reyslərdə 11 978 sərnişin daşıyıb. Aviadaşımaların həcminin artması da qeydə alınıb. Hazırda hər iki paytaxt arasında müntəzəm birbaşa reyslərin açılması imkanı nəzərdən keçirilir”.
2020-ci il üçün digər əməkdaşlıq planlarından danışan səfir qeyd edib ki, Latviya bundan sonra da Azərbaycanla Cənubi Qafqazdakı vacib iqtisadi tərəfdaş qismində əməkdaşlığı inkişaf etdirəcək və islahatlar prosesini öz təcrübəsini bölüşməklə dəstəkləməyə davam edəcək:
"Biz, həmçinin təhsil sahəsində, xüsusilə də ali təhsil, elmi tədqiqatlar, məlumat mübadiləsi və birgə layihələrin işlənməsi sahələrində əməkdaşlığın inkişafında maraqlıyıq. Hər il Azərbaycandan təxminən 150 tələbə Latviyada təhsil alır. 2019/2020 tədris ilində Azərbaycandan olan tələbə və tədqiqatçılara 15 təqaüd təqdim olunur”.
D.Qarançs əlavə edib ki, 2020-ci ilin yazında Riqada ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədi ilə İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır:
"Biz ümid edirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar uğurla başa çatacaq və bu da Latviya ilə Azərbaycan arasında əməkdaşlıq perspektivlərini yaxşılaşdıracaq”.
banner

Oxşar Xəbərlər