AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Səfir: “Azərbaycan üçtərəfli bəyanatla region ölkələrinə sülh mesajı verdi”

Səfir: “Azərbaycan üçtərəfli bəyanatla region ölkələrinə sülh mesajı verdi”

Cəmiyyət
01 Mart 2021, 15:15 467
44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanatla Azərbaycanın məqsədi region ölkələrinə sülh mesajını vermək idi.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Qum şəhərində Qarabağa həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
O bildirib ki, Birinci Qarabağ müharibəsində Azərbaycan dost ölkələrin köməyi ilə mübarizə aparıb: "Lakin həmin dövrdə Azərbaycanın gələcəyini təmin edəcək lideri yox idi. Ümummilli lider Heydər Əliyevin iqtidara gəlməsi və onun qonşu ölkələrlə münasibətləri möhkəmləndirməsi ilə Azərbaycanın İranla əlaqələri gücləndi və indiyədək davam edir”.

B. Hüseynov qeyd edib ki, Azərbaycan xalqı istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində İranın dəstəyini unutmayıb və unutmayacaq.
Səfir Qarabağın bərpası məsələsində Azərbaycan və İran arasında əməkdaşlıq ediləcəyini də vurğulayıb.