• çərşənbə, 24 Aprel, 21:31
  • Baku Bakı 23°C

Səfir: “Avropa İttifaqı Azərbaycanın iqtisadi və ixrac potensialını artırmaq üçün dəstək verməyi düşünür”

19.10.17 12:20 1439
Səfir: “Avropa İttifaqı Azərbaycanın iqtisadi və ixrac potensialını artırmaq üçün dəstək verməyi düşünür”
"Avropa İttifaqıAzərbaycanda Rəqəmsal Ticarət Qovşağına dair keçiriləcək bütün layihələrə dəstək olmağa hazırdır”.
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Bakıda keçirilən birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfransda deyib.
Səfir bildirib ki, Azərbaycan bu sahədə ciddi addımlar atır: "İnanıram ki, noyabrın 24-ü keçiriləcək "Şərq Tərəfdaşlığı” sammitində təqdim etmək üçün əlinizdəkonkret nəticələriniz olacaq”.
K. Yankauskas qeyd edib ki, Aİ Azərbaycanla çoxşaxəli əməkdaşlıq üçün intensiv danışıqlar aparır: "Azərbaycan vəAvropa İttifaqıönəmliticarət tərəfdaşlarıdır. Azərbaycanın ixracının yarısı bizə aiddir.Avropa İttifaqıAzərbaycanın iqtisadi və ixrac potensialını artırmaq üçün dəstək verməyi düşünür”.
banner

Oxşar Xəbərlər