• şənbə, 20 Aprel, 18:05
  • Baku Bakı 24°C

Səfir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər göstərir"

21.10.16 17:26 989
Səfir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər göstərir"
"ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qalır".

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki ABŞ həmsədrlər, Azərbaycan və Ermənistanla birlikdə çalışaraq, uzun müddətdir, davam edən münaqişənin həllinə səylər göstərir.

"Bu səylərin göstərici olaraq sabah amerikalı həmsədr Uorlik, o cümlədən digər vasitəçilər Azərbaycana gəlirlər. Məqsəd münaqişənin həllinə təkan verməkdir. Azərbaycan prezidenti son vaxtlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli olduğu barədə bəyanatlar verir. Mən bu bəyanatlar barədə rəsmi Vaşinqtona məlumatlar çatdırmışam", - deyə diplomat qeyd edib.
banner

Oxşar Xəbərlər