• cümə, 19 Aprel, 23:24
  • Baku Bakı 24°C

Səfərbərlik Xidmətində 20 Yanvar şəhidləri anılıb

20.01.17 15:45 983
Səfərbərlik Xidmətində 20 Yanvar şəhidləri anılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında20 Yanvarfaciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
XidmətdənAPA-ya verilən məlumata görə, əvvəlcə20 Yanvarşəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək20 Yanvarın xalqın müstəqillik uğrunda mübarizəsində mühüm yer tutduğunu qeyd edib: "20 Yanvarfaciəsinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək mətbuat konfransı keçirməsinin və hadisə barədə həqiqətləri açıqlamasının böyük əhəmiyyəti olub”.
Anım mərasimi "Qanlı Yanvara aparan yol” sənədli filminin nümayişi ilə davam etdirilib. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edərək müstəqillik uğrunda canından keçmiş qəhrəman vətən övladlarının məzarları üstünə qərənfillər düzüblər.
banner

Oxşar Xəbərlər