• şənbə, 20 Aprel, 15:19
  • Baku Bakı 23°C

Sədr müavini: “AQTA işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayan ilk sahibkarların qeydiyyatını həyata keçirir”

23.12.20 13:03 398
Sədr müavini: “AQTA işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayan ilk sahibkarların qeydiyyatını həyata keçirir”
"Bütün qurumlar pandemiya ilə mübarizədə səfərbər olunub. Qida Təhlükəsizliyi Agentliyi də ictimai iaşə obyektləri və ticarət şəbəkələrində pandemiyanın profilaktikası ilə əlaqədar monitorinqlər keçirirdi”.
APA-nın məlumatına görə, bunu 10-cu Beynəlxalq "Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq "Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov bildirib.
Onun sözlərinə görə, AQTA nəzarət orqanı olsa da situasiyanı nəzərə alaraq daha çox maarifləndirmə sahəsinə üstünlük verib:"Paralel olaraq dövlət proqramımıza da dövlət-özəl əməkdaşlığın həyata keçirmək və sahibkarlara dəstək vermək üçün sahibkarların istehsalının beynəlxalq standartlara uyğunlaşması ilə əlaqədar bir sıra addımlar atırıq. Çünki Azərbaycanda istehsal olunan məhsulun ixracını çoxaltmaqda maraqlıyıq. Əsasən də Avropa İttifaqına. Bununla əlaqədar bir çox istiqamətlərdə iş aparılır. Sahibkarlarla mütəmadi görüşlər keçirilir. Bir müsbət hal da var ki, artıq Qida Təhlükəsizliyi Agentliyi işğaldan azad olunmuş torpaqlarda, Şuşa şəhərində fəaliyyətə başlayan ilk sahibkarların qeydiyyatını həyata keçirir. Yaxınlarda bu məsələ geniş işıqlandırılacaq”.

Ad -00:07
ƏTRAFLI
Project GLO
Sədr müavini deyib ki, pandemiya dövrü gərginlik yaratsa da bunun bir nəticəsi də oldu: "Bilirik ki, pandemiyanın tələblərindən biri fiziki ünsiyyətin minimuma salınmasıdır. Nəzərə alsaq ki, AQTA özü nisbətən yeni bir qurumdur, qida təhlükəsizliyi elektron sistemimizi sürətləndirməyə məcbur olduq. İlin sonuna qədər sahibkarlar tərəfindən bütün müraciətlərin, istər qeydiyyata durmaq, istər ixrac müraciətləri və onunla əlaqədar sahibkarlara təqdim olunan sənədlərin, idxal və ixracla bağlı bütün əməliyyatların elektron formada həyata keçirilməsinə nail olmuşuq. Hətta laboratoriyaya verilən nümunələrin izlənməsi və cavabı da sahibkarlar tərəfindən elektron formatda edilə bilir. Bir çox dövlət qurumları ilə də inteqrasiyanı həyata keçiririk, hətta nəinki ölkə daxilində, bəzi xarici partnyorlarımızla elektron sistemimizin inteqrasiyası üzərində aktiv işlər görürük. Bu da idxal-ixrac prosesini sürətləndirəcək, şəffaflığı artıracaq və digər partyor ölkələrlə etibarlılıq səviyyəsini qaldıracaq. Çünki dərhal bütün prosesləri özləri də izləyə biləcək. Onlar Qida Təhlükəsizliyi Agentliyi olaraq nəzarətin daha düzgün şəkildə aparıldığına bir daha əmin olduqdan sonra Azərbaycanda sahibkarlar tərəfindən istehsal olunan məhsulların ixracına-idxalına daha müsbət yanaşacaqlar”.
banner

Oxşar Xəbərlər