• cümə axşamı, 28 mart, 14:07
  • Baku Bakı 16°C

“Seçki gecəsi Sevinc səhərə qədər Elşadın otağında qalıb”

31.10.13 14:19 1309
“Seçki gecəsi Sevinc səhərə qədər Elşadın otağında qalıb”
Bu gün günün ikinci yarısında sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə prosesi davam etdirilib.
Prosesdə ifadə verən Elşad Abdullayevin sözçüsü Şamil Hüseynov bildirib ki, ABU rektorunun həyat yoldaşı onun bibisiqızıdır.
Ş. Hüseynun sözlərinə görə, Gülər Əhmədovanı ilk dəfə “Era” hüquq firmasında Elşad Abdullayevlə görüşə gəldiyi zaman görüb: “Həmin vaxt Gülər Əhmədova Elşadla görüşə gələndən 10-15 dəqiqə sonra məndən su istədilər, mən də su apardım. Mən çölə çıxdıqdan sonra isə onların yüksək səslə nə barədəsə mübahisə etdiklərini eşitdim. Arada 500-500 min sözləri eşidilirdi”.
Ş.Hüseynov bildirib ki, Gülər Əhmədovanın çəkildiyi videogörüntülər onun rəhbərlik etdiyi “Era” hüquq firmasına məxsusdur və həmin görüntülər də bu firmanın ofisində qeydə alınıb: “Elşad Abdullayev kimləsə görüşməzdən əvvəl mən otağa girib, onun portfelini və telefonunu masaya qoyurdum. Daha sonra isə Elşad müəllim özü otağa girib, əyilib, masanın altındakı düymələrdən kameraları qoşurdu”.
E.Abdullayevin sözçüsünün sözlərinə görə, 2005-ci ilin parlament seçkiləri günü Sevinc Babayeva gecə səhərə qədər Elşad Abdullayevin otağında qalıb. Şahid onu da bildirib ki, o işdə olmadığı müddətdə onu “Era” hüquq firmasında atası əvəzləyib.
“Era” hüquq firmasının əməkdaşı Ruslan Əfəndiyev isə bildirib ki, bir dəfə Sevinc Babayevanın ona verdiyi və içində nə olduğunu bilmədiyi qara çemodanı maşına qoyub.
banner

Oxşar Xəbərlər