• cümə, 19 Aprel, 18:30
  • Baku Bakı 24°C

"Savadlı din xadimlərinə böyük ehtiyac var” - Şeyxülislam

22.07.16 12:16 1124
"Savadlı din xadimlərinə böyük ehtiyac var” - Şeyxülislam
"Azərbaycanda savadlı din xadimlərinə böyük ehtiyac duyulur”. Qafqaz MÜsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bunu İdarə sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Zaqatalada dindarlarla keçirdiyi görüşdə bildirib.
O qeyd edib ki, sovet vaxtında və sonrakı dövrlərdə din xadimləri ancaq namaz qılmaq, oruc tutmaq və dua verməklə öz işlərini bitmiş hesab ediblər: "Ancaq indi cəmiyyət də, dünyadakı vəziyyət də sürətlə dəyişir. Bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar. Ona görə də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa çatdıra bilsinlər”.
banner

Oxşar Xəbərlər