Sartr qadınlardan danışır
Katerin Çeynin suallarını fransız filosof-yazar həyatını bölüşdüyü qadınlar
prizmasından cavablayıb:
- Sizinlə münasibət qurmağa çalışanlar nədənsə fəlsəfədən, yazıdan, siyasətdən danışmaq məcburiyyətində hiss edirlər. Mən isə bu dəfə qadınlardan, keçmiş və bugünkü həyatınızda tutduqları yerdən danışmağınızı istəyirəm. Etiraf edim ki, siz mənim nəzərimdə bir fikir adamı, yazıçı olduğunuz qədər, "qadından anlayan”, "hərəmxanalı kişi”siniz...
- Fikirlərinizdə həqiqət payı çoxdur. Aramızda hansısa fərqlərin olduğunu dərk etdiyim vaxtlardan əvvəl də qadınları çox sevmişəm. Beynimdə hər zaman yuxarı, üstün mövqedə olublar. İstər uşaqlığımda, istər böyüdükdən sonra, istərsə də bu yaşlanmağa doğru gedən zamanlarımda haqqında ən çox düşündüyüm məsələlər hər zaman qadınlarla bağlı olub. Bəzən elə məsələlər olur ki, heç qadınlarla əlaqəsi yoxdur, amma yenə də onları düşünmək üçün bir bəhanə tapıram.
Vişidə ictimai parkda orkestr heykəlinin altında, ya da Arkahonda qumlu sahillərdə oynadığımız günləri xatırlayıram. Həmin il günlərini uzun skamyada oturaraq keçirən vərəm qızı xatırlayıram. Saatlarla səssizcə onun yanında otururdum. 9-10 yaşımda o qədər qız dostum var idi ki. Hamısına "nişanlın” deyirdilər, hamısı gözümə gələcək xanımım kimi görünürdü.
– Uşaq vaxtlarımdan söhbət gedirsə, birmənalı şəkildə "hərəmxana”ya meylli idim. Qızların hamısına "mənim” gözü ilə baxırdım. Mənimlə xoş rəftar edənlərin hamısını öz komandam kimi görür, istədiyim kimi yönləndirdiyimi xəyal edirdim. Bir də niyəsə özümü onlardan üstün görürdüm.
İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
- Sizinlə münasibət qurmağa çalışanlar nədənsə fəlsəfədən, yazıdan, siyasətdən danışmaq məcburiyyətində hiss edirlər. Mən isə bu dəfə qadınlardan, keçmiş və bugünkü həyatınızda tutduqları yerdən danışmağınızı istəyirəm. Etiraf edim ki, siz mənim nəzərimdə bir fikir adamı, yazıçı olduğunuz qədər, "qadından anlayan”, "hərəmxanalı kişi”siniz...
- Fikirlərinizdə həqiqət payı çoxdur. Aramızda hansısa fərqlərin olduğunu dərk etdiyim vaxtlardan əvvəl də qadınları çox sevmişəm. Beynimdə hər zaman yuxarı, üstün mövqedə olublar. İstər uşaqlığımda, istər böyüdükdən sonra, istərsə də bu yaşlanmağa doğru gedən zamanlarımda haqqında ən çox düşündüyüm məsələlər hər zaman qadınlarla bağlı olub. Bəzən elə məsələlər olur ki, heç qadınlarla əlaqəsi yoxdur, amma yenə də onları düşünmək üçün bir bəhanə tapıram.
- Bunu necə izah edə bilərsiniz? Sizcə, niyə belədir?
- Ailəmdə qadınların say çoxluğu ilə aydınlıq gətirə bilirəm ancaq –
anam, nənəm, onların rəfiqələri. Bircə kişi vardı, babam. Uşaq olanda o gözümə
dünyanın xoşbəxti kimi görünürdü –hər yanı qadınlarla əhatələnmişdi. Onun kimi
şanslı olmağı arzulayırdım. Qadın mənim üçün hər zaman xəyal mənbəyi olub. Bir
qadın qəhrəman yaratmadan xəyal qura bilmirdim. Bütün uşaqlar kimi mən də qız,
oğlan demədən yaşıdlarımla dostluq edirdim. Amma niyəsə nənəmlə babam hansısa
qız dostumdan danışanda ona "nişanlın” deyə müraciət edirdilər. Getdiyimiz hər
yerdə nişanlılarım yaranırdı.Vişidə ictimai parkda orkestr heykəlinin altında, ya da Arkahonda qumlu sahillərdə oynadığımız günləri xatırlayıram. Həmin il günlərini uzun skamyada oturaraq keçirən vərəm qızı xatırlayıram. Saatlarla səssizcə onun yanında otururdum. 9-10 yaşımda o qədər qız dostum var idi ki. Hamısına "nişanlın” deyirdilər, hamısı gözümə gələcək xanımım kimi görünürdü.
Sonra Roşelə köçdük. Qızlara marağım öldü niyəsə. Amma yenə də onlara
qarşı hər zaman nəcib davranırdım. Həyatımda xüsusi yerləri vardı. Parisə
gələndən sonra qadınlar həyatıma "doluşmağa” başladılar. Məhz o dövrdə
qadınlarla aramda başlayan münasibətlərin formasını dəyişməsi ilə bu varlıqlar
gözümdə daha da dəyərləndilər. Hətta gündəlik həyatımın vacib hissəsi oldular.
– Bu nişanlıları, ailənizdəki qadınları bir kənara qoyaq. Deyəsən,
uşaqlıqdan "hərəmxana” qurmaq istedadı formalaşdırmısız?– Uşaq vaxtlarımdan söhbət gedirsə, birmənalı şəkildə "hərəmxana”ya meylli idim. Qızların hamısına "mənim” gözü ilə baxırdım. Mənimlə xoş rəftar edənlərin hamısını öz komandam kimi görür, istədiyim kimi yönləndirdiyimi xəyal edirdim. Bir də niyəsə özümü onlardan üstün görürdüm.
– Bəs, azad düşüncəli idiniz?
Qızların könlünü almaq yollarını kitablardan öyrənmişdim. Bir az da
öz uydurduğum, içimdə alovlandırdığım tovlamaq ideyaları Birinci Dünya
müharibəsi illərinə kimi işəyarayan hesab olunurdu. Kişi istənilən qadının
həyatına daxil olur, görünüşü, ədaları, söhbətləri, ya da maraq dairələri ilə
qadını ovsunlayırdı.– Anlamadım.
– "Hərəmxana” sahibi olmaq
sizin təsəvvür etdiyiniz qədər sadə məsələ deyil. Bu heç də hər zaman üstün
olmaq demək deyil. Bəzən bu mövqedən irəli gələn imtiyazlar bir anda
yerlə-yeksan olur. Əvvəllər qadın ovsunlamaq mənim nəzərimdə ay işığında
baş-başa qalmaq və qadının ağlını alacaq sözlər demək idi. Bir az yaşa
dolduqdan sonra bu fikirlər gülünc görünməyə başladı, qadınlara daha da
yaxınlaşdım. Sonra bu da azlıq etdi. Münasibət qurulmalı idi və hər şey bərabər
olmalı idi. Əslində, məqsəd hədəfi ibtidai bir heyvan kimi ələ keçirmək idi.
Lakin ibtidai şəkildə davranmadan, zorla yox, hiylə ilə, təbəssümlə, ustalıqla.
Bunun üçün də o olduğu yerdə özünü səninlə eyni hüquqa sahib dişi şir kimi
görməlidir.- Nədənsə qadınlar haqqında danışarkən ümumiləşdirmə aparırsınız.
Çoxluqdan danışırsınız. Uşaqlığınızda, gəncliyinizdə həyatınızın qadını olacaq
birinin xəyalını qurmurdunuz?
- Yox, çünki elə xəyal qurmağa başladığım ilk gündən yan-yörəmdə
həmişə çox, fərqli, qadınlar olub. Heç vaxt həyatımın qadını olacaq BİR qadın
haqqında düşünmədim, belə birinin xəyalını qurmadım.- Bəs, bu nədən qaynaqlanır?
- Mənə verilən təlimdən, gözümü açandan düşdüyüm mühitdəki
nümunələrdən, ətrafımdakı "hərəmxana” havasından. Babamın qəribə həyat tərzi
vardı. Nənəmlə dost kimiidilər. Çünki nənəm məlum münasibətdən diksinirmiş və
bu münasibeəti sonlandırıb. Babamın da sonrakı illərdə fransız, alman qadınları
ilə uzunmüddətli münasibətləri olub. Ağlına gələn mövzularda romanlar yazan
səfehin birisi idi. Amma babamla münasibət qurmaqdan zövq alırdı.- Bəs, o zamanlar qadınların həyatınıza hansı mənanı bəxş edəcəyinə
ümid edirdiniz?
- Özümü dərk etdiyim gündən qadınları hər zaman kişilərlə eynihüquqlu
varlıqlar hesab etdim. Ona həyatımda sonsuza qədər bitməyəcək bir ehtiyac
olduğunu anladığımdan hər zaman axtarışda oldum. Mənə duyğusal, mənəvi dəyərlər
qata biləcək qadının axtarışında. Kişilərlə münasibətlərimdə ortada məni
getməkdən saxlayan bir doğmalıq hissi yox idi. Qadınlarla münasibətlərimdə isə
həyatımın ilk günlərindən ailəmdə, anam, nənəm, rəfiqələri tərəfindən ətrafımda
yaradılmış o məhrəm, xoş duyğular oyanır. Bu duyğular, bu atmosfer hər şeyin
təməli idi.- Doğurdan da, beyninizdə qadınlarla birgə vaxt keçirmək var idi? birgə
gəzintiyə çıxmaq var idi?
- Var idi, amma heç nə baş vermirdi. Uzağı bir-iki məsum öpüş. Amma
görüşdən qayıdanlar elə gərilə-gərilə danışırdılar ki, eşidənlə,r doğurdan da,
nəsə mistik bir şey olduğunu düşünürdü. Mən belə o liseydə heç kimlə əl-ələ
gəzmədiyim halda, bir sevgilim olduğundan, oteldə, körpü altında
macəralarımızdan dəm vurmuşdum.- Yəni sizə kimsə inanmışdı?
- Təbii ki, heç kim inanmadı. Hətta ələ saldılar. Mən də liseyin ən
gözəl qızı Lisetlə münasibətdə olduğumu iddia etdim. Amma şüuraltı bunu
istəyirəmmiş demək. Uşaqlar başıma oyun açdı. Liset məni söyüb, gülünc
vəziyyətə saldı. Bu travmadan uzun müddət xilas ola bilmədim.- "Sözlər”də bir xatirənizi paylaşmısınız. Yeddi yaşınızda babanız
saçlarınızı tamamilə kəsdirib. Ananız, nənəniz, yaxınların çirkin uşaq olduğunuzu
o gün seziblər. Bəs, sizin təsəvvürünüzdə bu necədir?
- Hə, babam saçlarımı kəsdirdi. Mənim üçün qeyri-adi hadisə idi,
çünki özümü həmişə saçlı görmüşəm güzgülərdə. Sarı, yumşaq və gur saçlarım
vardı. Çiynimə qədər uzatmışdı anam. Mənim real görüntümə xüsusi abu-hava
qatırdı. Belə deyim də, üzüm yöndəmsiz, saçlarım möhtəşəm idi, ona görə, daha
az çirkin görünürdüm. Babam "qadınlarım”a (anama, nənəmə) demədən, aparıb
saçlarımı qazıtdırdı. Anamla nənəm məni görəndə əvvəl yerlərində quruyub
qaldılar, sonra qışqırmağa başladılar. Dedilər ki, məni qorxunc hala salıb. O
vaxtlarda çəkilmiş şəklimdə mən də özümü ancaq "qorxunc” adlandıra bilirəm. Bu
çirkinlik sindromu ilə çox əlləşmədim, amma o bayaq dediyim hadisədən sonra bu
həqiqətin altından qalxmaq çətin oldu.- Çox?
- Bəli, çox. Ən çox sevdiyim varlıqlardan sırf çirkin olduğum üçün
məhrum olurdum. Amma bu da çox uzun çəkmədi.- Görünüşünüzün gözəl xanımlarla münasibətə mane olduğunu
düşünürdünüz?
- Yox heç də. Ola bilər, yaraşıqlı olanlar sıra gözləmirdi. Amma
mənim də nəzərimdə əsas insanın ağzından dürr tökülməsi idi. Əgər gözəl söz
çıxırsa insanın dilindən, gözəlin, çirkinin fərqi olmur.- Gənclik illərində hamı kimi sizdə də evlilik həvəsi baş qaldırdımı?
- Evlilik həyatımın heç bir mərhələsində məni düşündürən, beynimi
qurdalayan məsələ olmayıb.- Simone de Bavuar sizin Müəllimlər İnstitutundakı illərdə olduqca
sərt və kobud, saymazyana olduğunuzu yazır. "İncə ruhlardan nifrət edir” kimi
təsvirlər verib haqqınızda.
- İkisi də var idi.. Dünya və qadınlar haqqında uzun müddət bu cür
düşündüm. 23-24 yaşıma kimi münasibətlərim konkret alış-verişlər üzərində
quruldu. Halbuki heç vaxt qadınlarla bu cür ucuz münasibətim olsun
istəməmişdim. Mən sevgini sadəcə ay işığı altında, sadəcə sözlərdə yox, ruhumun
dərinliklərində də hiss etmək istəyirdim. Deməli, qadınım da elə istəyirmiş...İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI