• şənbə, 27 Aprel, 02:11
  • Baku Bakı 14°C

Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

23.12.20 14:33 384
Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
2016-2018-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rəşid Alimov Azərbaycan Respublikasının İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində sanballı uğurlar qazanıb və beynəlxalq arenada layiqli nüfuza malikdir.
Siz çoxtərəfli mədəni və humanitar əməkdaşlığın gücləndirilməsi və inkişafına, o cümlədən dünya ictimaiyyətinin də böyük ehtiyac duyduğu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə yüksək diqqət göstərirsiniz.
Zati-aliləri, icazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və Azərbaycanın suverenliyinin və dövlətçiliyinin daha da möhkəmlənməsi naminə fəaliyyətinizdə uğurlar, istedadlı və əməksevər Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayım”.

banner

Oxşar Xəbərlər