• çərşənbə, 24 Aprel, 02:02
  • Baku Bakı 14°C

“Şanslıyıq ki, Sizin kimi müdrik Prezidentimiz var”

27.04.20 14:23 553
“Şanslıyıq ki, Sizin kimi müdrik Prezidentimiz var”
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Prezidentin saytına istinadla həmin məktublardan bir qismini təqdim edirik.
Tələbə dostların səmimi fikirləri
Mingəçevir şəhər sakini Elmira Hüseynli: "Möhtərəm cənab Prezident. Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri adından Sizə müraciət etməyi özümə borc bildim. Bu məktubda yazdıqlarım tələbə dostlarımın səmimi fikirləridir. Bütün dünyanı bürümüş koronavirusla mübarizə sahəsində atdığınız qətiyyətli addımlar Azərbaycan vətəndaşlarına verdiyiniz önəmi bir daha sübut etdi. Sizin sayənizdə doğma Azərbaycanımız bu sahədə də dünyada nümunə olmağı bacardı. Biz tələbələr karantin rejiminin tələblərinə riayət edərək evdə qalsaq da, distant təhsil almağa, müəllimlərimizdən öyrənməyə, dövlətimizə, xalqımıza və Prezidentimizə layiq mütəxəssis kimi yetişməyə çalışırıq. Çıxışlarınızda birliyə və həmrəyliyə çağırış etməyiniz biz tələbələri çox sevindirir. Hər birimiz inanırıq ki, Sizin sayənizdə tezliklə bu çətin günlər bitəcək. Biz Sizinlə və Mehriban xanımla qürur duyuruq. Şanslıyıq ki, Sizin kimi müdrik Prezidentimiz var. Xoşbəxtik ki, Sizin kimi Liderimiz var. Biz tələbə-gənclərin işıqlı gələcəyinin təmin olunmasına xidmət edən şərəfli və məsuliyyətli fəaliyyətinizdə daim Sizinləyik”.
Gözəgörünməz düşmənin məhv edilməsi
Xızır rayon sakini Şükufə Talıbova: "Möhtərəm cənab Prezident.Xızı rayonunun Baxışlı kəndindən 52 il kitabxanaçı kimi çalışmış ağbirçək ana kimi Sizi və Mehriban xanımı Ramazan ayının başlanması münasibətilə ailəmizin və kəndimizin sakinləri adından təbrik edirəm. Dünyanı cənginə alan, həmçinin ölkəmizə də təsir göstərən gözəgörünməz düşmənin məhv edilməsi üçün yorulmadan, müdrikcəsinə atdığınız addımlar xalqımızın sağlamlığının qorunması, rifahımızın yüksəldilməsi üçün göstərdiyiniz şücaətinizə heyranıq. İnanırıq ki, Sizin rəhbərliyiniz, Mehriban xanımın yaxından köməyi ilə bu düşmənə də qalib gələcəyik. Cənab Prezident, həqiqətən, biz birlikdə güclüyük”.
"Siz daim xalqımızın qayğısına qalırsınız”
Qobustan rayon sakini Rəşad Xəlilzadə: "Hörmətli cənab Prezident. Hər zaman olduğu kimi, indiki çətin vəziyyətdə də xalqımızın yanında olduğunuz üçün Sizə minnətdarlığımı bildirirəm. Siz daim xalqımızın qayğısına qalırsınız. Şükürlər olsun ki, Sizin uzaqgörənliyiniz nəticəsində Azərbaycanda vəziyyət dünyanın bir çox ölkələrinə nisbətən çox yaxşıdır. Mən və mənim kimi gənclər Sizin uğurlu siyasətinizi daim dəstəkləyir, "İlham Əliyevlə irəli" şüarı altında birləşirlər. Cənab Prezident, Sizə ailəmin, qohumlarımın adından dərin minnətdarlığımızı bildiririk. Siz var olduğunuz qədər, biz də varıq. Yaşasın, Prezidentimiz İlham Əliyev! Allah Sizə uzun ömür, cansağlığı versin, Sizi xalqımıza çox görməsin”.
"Uzaqgörən siyasətinizi daim dəstəkləyəcəyik”
Balakən rayon sakini Yaşar Məmmədov: "Çox hörmətli cənab Prezident. Sizin yüksək dünyagörüşünüzə, sağlam düşüncənizə, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız addımlar, qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımızı, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Cənab Prezident, əmin ola bilərsiniz ki, "Biz birlikdə güclüyük!" çağırışınızı balakənlilər də yaşam amalına çeviriblər. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, müstəqil, güclü Azərbaycan dövlətinin və xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyəcəyik. Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun”.
"Apardığınız uğurlu mübarizənin iştirakçılarıyıq”
Samux rayon sakinləri Bəsti Mahmudova, Göyçək Namazova və Kəmalə Mustafayeva: "Hörmətli cənab Prezident. Bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizi təhdid etməsi qaçılmaz bir hal idi. Lakin Sizin gərgin əməyiniz, xalqa, millətə qayğınız nəticəsində bu bəlanı minimum itkilərlə dəf etməyə yaxınıq. Dünyanın qabaqcıl ölkələrində minlərlə insan itkisinə səbəb olan virusa qarşı mübarizədə biz Sizin siyasi xəttiniz ətrafında sıx birləşərək, apardığınız uğurlu mübarizənin iştirakçılarıyıq. Məktəblərin bağlandığı bir vaxtda biz müəllimlər təhsilin distant şəkildə təşkili üçün əlimizdən gələni əsirgəmir, virusa qarşı mübarizədə Sizə dəstək olmağa çalışırıq. Bizi bu cür qayğı ilə əhatə etdiyiniz üçün rayonumuzdakı 1 saylı məktəb-liseyin pedaqoji heyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk”.
"Milli birlik və həmrəylik"
Bakı şəhər sakini, professor Tahirə Allahyarova: "Möhtərəm və əziz Prezidentimiz, cənab Ali Baş Komandan. COVID-19 pandemiyası qəfil meydana çıxması ilə dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin rəhbərliyinizlə Azərbaycanda son bir neçə ayda qəbul edilən qərarlar dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi. Siz "Milli birlik və həmrəylik", "Biz birlikdə güclüyük!" çağırışlarınızla xalqımızın malik olduğu ən ülvi dəyərlərini səfərbər etdiniz. Azərbaycanlılar bugünkü yardımlaşma və paylaşma ilə dünyanın ən gözəl xalqı olduğunu bir daha dərk etdilər. Azərbaycanın anti-böhran tədbirləri dünyaya örnək kimi göstərilir. Mərkəzində xalqımızın sağlamlığının və rifahının dayandığı strategiyanız hələ uzun müddət öyrəniləcək, təhlillərin mövzusu olaraq tarixə düşəcək. Möhtərəm Prezident, pandemiyaya qarşı mübarizədə Sizin ətrafınızda sıx birliyimiz bundan sonra da bir xalq olaraq bütün təhdidlərə qarşı "milli immunitetimizi" daha da möhkəmləndirəcək. Koronavirusla mübarizənin qlobal indeksində yaxşı göstəricilərlə ön sırada dayanan Azərbaycan bayrağı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə Sizə və əzizlərinizə, xalqımıza möhkəm cansağlığı diləyirik”.
Hazırladı: Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər