AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Şanslıyam ki, Allah məni belə yaradıb» - Şou-biznes

«Şanslıyam ki, Allah məni belə yaradıb» - Şou-biznes

Gənclik qəzeti
18 Mart 2014, 08:29 6683
Azərbaycanda zəif, bəlkə də inkişaf etməmiş sənətlər sırasına modellik sənəti də daxildir. Azərbaycanı dünyada təmsil edən modellərimiz azlıq təşkil etdiyini düşünsəm də ötən həftə bu fikrimdən daşındım. Sən demə xaricdə vətənimizin adını yüksəklərə qaldıran modellərimiz var olsa da biz onlardan xəbərsiz qalmışıq. Ötən həftə iki aydır ki, vətəninə səfər edən dünyaca məşhur Azərbaycanlı model Rüstəm Cəbrayılov ilə görüşdük.

Rüstəm bizimlə söhbətində yaradıcılıq yoluna nəzər salaraq 2006 ilin noyabr ayında “The Best Model Of Azerbaijan 2006” milli model müsabiqəsinə qoşulduğunu və bu yarışmanın qalibi olduğunu bildirdi. Onun sözlərinə görə, birinci olacağını təsəvvürünə belə gətirmirdi. Lakin münsiflər heyəti tərəfindən 14 iştirakçı içində seçilib birinci olandan sonra özünə söz verib ki: “Həmişə və hər yerdə birinci olacam”. Bundan sonra Rüstəm “The Best Model Of Azerbaijan 2007” müsabiqəsinin qalibi olub. Uğurunun davamı olaraq 2007 ilin dekabrında İstanbul şəhərində keçirilən “Best Model of the World 2007” yarışmasının 90 ölkədən olan iştirakçıları arasında birincilik titulun və dünya moda aləminə ilk vəsiqəsini qazanıb. Bundan sonra isə onun uğur hekayəsi başlayıb.
Hətta Azərbaycanlı model Rüstəm Cəbrayılov ilə işləmək üçün dünyanın ən məşhur şirkətləri rəqabətə girdiyi də söylənilir.

Azərbaycanda heç kim bu işləri görməyib

– Müsahibələrinizin birində “Uşaqlıqda vəkil olmaq, köməksiz insanlara yardım etmək istəyirdim” demisiniz. Bəs nə üçün vəkil deyil, model oldunuz?

– Hər bir azyaşlı uşaqda olduğu kimi mənim də arzum xalqın qəhrəmanına çevrilmək, xilaskar olmaq idi. Zaman keçdikcə arzular dəyişir, arzudan arzu doğur. İnsan həyatında özünü harada görürsə seçimi də ondan yana edir. Biri var arzu, biri də var reallıq. Mən özünü harada rahat hiss edirəmsə, oradayam. O arzu uşaqlıda qalıb. Fikrimi çoxdan dəyişmişəm. Gələcəyi bilmək olmaz, hələ çox gəncəm. Ola bilər ki, gələcəkdə bu arzunu həyata keçirərəm. Zamanın nələr gətirəcəyini heç kim öncədən deyə bilməz.

– Son bir neçə ay ərzində Azərbaycanda sözün əsil mənasında ulduza çevrildiniz. Sizə sehrli çubuqmu toxundu yoxsa?

– (gülürük) Başımı aşağı salıb işimlə məşğul olduğum üçün məşhur olmağa, tanınmağa meylli insan deyiləm. İnsanlar tərəfindən deyil, daha çox işlədiyim şirkətlər tərəfindən tanınıram. Əslində insanlar tərəfindən sevildiyini bilmək də gözəl hissdir. Son zamanlar belə qərara gəldim ki, vətənimdə məni sevən insanlarla görüş təşkil edim. Gördüm ki, məni görmək istəyənlərin sayı çox imiş. Məşhurlaşmağımın səbəbi isə Amerikada gördüyüm böyük işlərlə bağlıdır. Hansı ki, Azərbaycanda heç kim bu işləri görməyib. Düşünürəm ki, mən bu sahədə ilkəm.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində modelləri daha çox aktyor kimi görürük.
Modelliklə bərabər onlar aktyor kimi daha çox sevilir. Mən də düşündüm ki, bu gündən sonra özümü aktyor kimi sınayım. Ona görə də istədim ki, özümü ətrafıma tanıdım, görüm necə qarşılanıram. Bu günə qədər tanınmağı istəmirdim. Buna sadəcə olaraq bir iş kimi baxırdım, işimlə tanınmaq, sevilmək istəyirdim. Azərbaycana gəlişim buradakı izləyicilərimlə görüşüm çox səs küyə səbəb oldu. Verilişlərə çıxdım, müsahibələr verdim, beləcə vətənimdə də tanınmış birinə çevrildim.

–Qızlar tərəfindən sevilməyinizi həyat yoldaşınız qısqanmır ki?

–Həyat yoldaşımı tanıyanda o məni model olaraq qəbul etmişdi. Düşünürəm ki, burada heç bir problem yoxdur. Düzdür arada bir az qısqanclıqlar olur, ancaq ciddi şəkildə qısqanclıqla hələ ki, üzləşməmişəm. Həyat yoldaşım bunu anlayışla qəbul edir. Özüm də elə bir şərait yaratmıram ki, mənim üçün problem olsun və ailəmdə söz-söhbət yaransın.

–Sizcə Azərbaycanda model sənətinə lazımi qiymət verilirmi?

– Xeyr. Fikrimcə bu sahəyə layiqli qiymət verilməməyinin səbəbi bu sahənin inkişafı üçün şəxsi tekstil, dizayner olmalıdır. Hansı ki, çox məşhur firmalardır. Amerikaya gedəndə məni fərqli şəkildə qarşıladılar. Mənim işimi bəyənib, xoş sözlər deyirdilər ki, bu da orada həmin sənətə olan sevgidən irəli gəlirdi. Azərbaycanda bir çox sahələrdə olduğu kimi bu sahədə də inkişaf var. Gələcəkdə 5-10 il ərzində daha çox uğur qazana biləcəyini düşünürəm.

Filim qəhrəmanı olmaq istəyirəm

– Daimi olaraq burada yaşamağı düşünürsünüzümü?

–Vətəndə daimi olaraq yaşamağı deyəndə ki, özüm Amerikada təhsil alıram. Artıq orada məskunlaşmışam. Orada təhsil alıb, hansısa sahəyə yiyələnsəm, təhsilimə pul ayırsam, Azərbaycana qayıdıb, o sahədə çalışsam, onun qiymətini 20 il ərzində çıxara bilmərəm. Bu baxımdan fikirləşmirəm ki, burada yaşamaq bir az çətin olar mənə. Təhsilimi Amerikada alıramsa Azərbaycana qayıdıb işləməyim mümkünsüzdür. Ancaq kino sahəsində soruşursunuzsa, əgər normal bir təklif olsa, çox şad olaram ki, aktyorluq sahəsində hansısa filimdə çəkilim və həmin filmin uğur qazanması üçün əlimdən gələni edərəm.

– Bəs sizə serial təklifləri gəlibmi?

– Nyu-Yorkdan, Türkiyədən, başqa ölkələrdən serial təklifləri almışam. Artıq 9 ildir ki, bu işin içindəyəm. Öz yolumu seçmişəm. İstəyirəm ki, elə bir təklif gəlsin ki, onun içində özümü rahat hiss edim. 6 ildir ki, Amerikada yaşayıram. Ora mənə o qədər də yaxın deyil. Amma vətənimdə və bizə yaxın olan ölkələrdə işləmək mənə daha rahat olar. Ailəvi də köçüb, burada bir müddət qala bilərəm. Amerikada aldığım məbləğdən daha artığını təklif etsələr, qalaram. İstəmirəm ki, insanlar elə başa düşsün ki, mən pula görə burada yaşamaq istəmirəm. Əgər mənim bir yardımım olarsa, əlimdən gələni edərəm, bir şərtlə ki, mən bu işlə məşğul olaramsa bu o demək deyil ki, bütün işimi atıb Bakıya gəlməliyəm. Özümə də vaxt ayırmalıyam. İstəyirəm kino sahəsində çalışım. Hətta serialda oynamağım üçün mənə təkliflər də gəlib. Məlahət Abbasova və başqa sənət adamları tərəfindən təkliflər alıram. Türkiyədə də məni görmək istəyirlər. Onlar da məndən cavab gözləyirlər.

Məni də kimsə geyindirir

– Özünüzü şanslı insan hesab edirsiniz?

– Əlbəttə. Özümü çox şanslı insan hesab edirəm. Yeganə azərbaycanlıyam ki, modellik sahəsində Amerikada yüksək səviyyəli model kimi tanınıram. 3 dəfə yarışa qatılmışam, hamısında da birinci olmuşam. İki dəfə Azərbaycanda, bir dəfə də dünyada. İnsanın həyatında görünüş əsas göstəricilərdəndir. Bunun üçün şanslıyam ki, allah məni belə yaradıb!

–Gənc oğlanlara hansı geyimi geyinməyə məsləhət görürsünüz?

– Mən özümü hansı geyimdə rahat hiss edirəmsə, onu da geyinirəm. İnsanlar fərqli olduğu kimi onların düşüncələri də fərqlidir. Bəzi insanlar dünya dizaynlarını izləyirlər, onlar necə geyinirlər, təzə nələr çıxıb deyə, maraqlanırlar. Ona uyğun geyinirlər. Bəziləri isə öz fantastikalarına uyğun geyinir. Onları da nəyəsə görə qınamaq olmaz. Mən modeləm. Məni də kimsə geyindirir. Ona görə gənclərə belə geyinin və ya filan model dəbdən düşüb deyə bilmərəm.

Xəyalə Rəis
Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes">