• cümə axşamı, 28 mart, 13:38
  • Baku Bakı 16°C

Sankt - Peterburqda Beynəlxalq Qaz Forumu keçiriləcək

09.09.17 20:15 1246
Sankt - Peterburqda Beynəlxalq Qaz Forumu keçiriləcək
Oktyabrın 3-6-da Sankt-Peterburqda VII Beynəlxalq Qaz Forumu keçiriləcək.
Tədbirin təşkilatçısı "EkspoForum-İnternəşnl” Məhdud Məsuliyyətli CəmiyyətindənAZƏRTAC-a bildiriblər ki, neft və qaz sənayesi mütəxəssislərinin VII Beynəlxalq Konqresi çərçivəsində müxtəlif formatlarda 60 tədbir - plenar iclas, konfranslar, "dəyirmi masa”lar, işgüzar müşavirələr, keys-turnirlər, səyyar ekskursiyalar nəzərdə tutulub.
Forumda əsas etibarilə qaz sənayesində dünya meyilləri və dövlət siyasəti; energetika təhlükəsizliyi və inkişaf perspektivləri; gənclər günü: nəsillərin dialoqu; neft və qaz sənayesinin istehsalat-texnoloji komplekslərinin avtomatlaşdırılması, informasiyalaşdırılması və metroloji təminatı; qazla işləyən mühərriklər üçün yanacaq; təbii maye qaz, sıxılmış təbii qaz, maye karbohidrogen qazı, neftli səmt qazı; servis və infrastruktur: istismar, təmir və xidmət, təhlükəsizlik, yeraltı qaz anbarları; neft və qaz sektorunda idxalın əvəzlənməsi; qazın paylanması və istehlakı; investisiyalar və maliyyələşdirmə mövzuları müzakirə ediləcək.
banner

Oxşar Xəbərlər