Sançesə fantastik təklif
"Arsenal” Aleksis Sançesə yeni təklif irəli sürüb.
Komanda.az xəbər verir ki, "topçular” futbolçuya həftədə 300 min funt
məvacib verməyə razıdır. Sançes bu təklifi qəbul etsə, Premyer Liqada ən
ödənişli futbolçu olacaq.
Hazırda 28 yaşlı futbolçunun həftəlik məvacibi 140 min funtdur.
Premyer Liqanın ən ödənişli futbolçusu "Mançester Yunayted”in oyunçusu Pol
Poqbadır. Onun həftəlik məvacibi 290 min funtdur.
Sançesun qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır.
Onunla PSJ və "Mançester Siti” maraqlanır.