AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Samuxda yol tikintisinə 19,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Samuxda yol tikintisinə 19,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Siyasət
25 İyun 2020, 11:22 243
Prezident İlham Əliyev Samux rayonunun Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
Sərəncamda qeyd edilir ki, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 19,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
 
Maliyyə Nazirliyinə sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.